Peyğəmbərin (s) 120 min nəfəri dəfələrlə öz sözlərini təkrarlamağa çağırması, hansı böyük mesajı özündə ehtiva edirdi?
Həccdən qayıtmış on minlərlə müsəlmanın bir səslə bu çağırışa qoşulması, bütün bəşəriyyət üçün bu müqəddəs məkanın əhəmiyyətini necə artırmışdır? Bu səslərin həqiqət axtaran qulaqlar üçün hər zaman möhkəm və dəyərli qalacağı aydındır.
Mümkündür deyək ki, 120 min nəfərin bir yerdə biətinin alınması yalnız Xeyrül-Bəşər, yəni Peyğəmbər (s) tərəfindən həyata keçirilə bilərdi.
Peyğəmbər (s) dil ilə biəti necə həyata keçirdi?
Qədir Xumda biətin əsas mövzusu Əmirəlmöminin Əli (ə) və onun övladlarından olan İmamların (ə) imamətini tanımaq və qəbul etmək idi. Bu imamət imam Məhdiyə (ə) qədər davam edəcək və qiyamət gününə qədər qalacaqdır.
Beləliklə, Qədir Xumda biətin əsas mövzusu yalnız Əli ibn Əbu Talibin (ə) imaməti və xəlifəliyi deyildi; bütün İmamların (ə) imaməti də daxil idi. Bu imamətlərdən əvvəl və sonra başqası bu haqqı iddia edə bilməz. İnsanlar Əmirəlmömininə (ə) biət etdikdə, əslində bütün İmamlarla biət etmiş olurdular.
Dil ilə biət necə həyata keçirildi?
Peyğəmbərin (s) Qədir xütbəsinin sonunda etdiyi tədbirlərdən biri belə idi: 120 min nəfərin tək-tək biətini qəbul etmək həm mümkün deyildi, həm də bəzilərinin bəhanələr gətirib iştirak etməməsi ehtimalı vardı. Nəticədə praktik olaraq hər kəsin biətini təmin etmək mümkün deyildi. Buna görə Peyğəmbər (s) son sözlərində buyurdu:
“Ey insanlar! Minlərlə insan və az vaxtla hər birinizin biətini ayrıca qəbul etmək mümkün deyil. Ona görə də hamınız mənim dediyimi təkrarlayın və deyin: Biz, Allahın sənin vasitənlə bizə çatdırdığı Əli ibn Əbu Talib və onun övladlarının imamətinə itaət edirik və razıyıq. Qəlbimiz, ruhumuz, dilimiz və əlimizlə sənə bu mövzuda biət edirik.
Beləliklə, biət hər kəsin qəlbi, ruhu, dili və əli ilə qəbul edilmiş oldu. Kimi əlini qaldırdı, kimi isə dili ilə etiraf etdi.
Peyğəmbər (s) hər kəsin təkrar edəcəyi sözləri müəyyənləşdirdi, beləliklə insanlar fərdi olaraq öz ifadələrini yaratmayıb, hamı eyni sözlə biət etmiş oldu. Nəticədə, Peyğəmbərin (s) sözləri bitdikdən sonra bütün insanlar həmin sözləri təkrarladılar və beləliklə ümumi biət alınmış oldu.
Peyğəmbərin (s) bənzərsiz addımı: 120 min nəfərin biəti
Peyğəmbər (s) biəti daha ciddi şəkildə təqdim edərkən, Qədir minbarından 120 min nəfərin biətini aldı və hər kəsdən etiraf əldə etdi.
Beləliklə, bu iş üçün üç əsas istiqamət eyni anda həyata keçirildi:
- a) Peyğəmbər (s) çoxlu insanın iştirakını qeyd edərək, Allahın əmri ilə biəti əl ilə deyil, əvvəlcə dil vasitəsilə qəbul etməyi bəyan etdi.
- b) Biətin mövzusu on iki İmamın (ə) imaməti idi.
- c) Üçüncü mərhələdə Peyğəmbər (s) xüsusi cümlələri biət kimi təqdim etdi və insanlardan onları təkrarlamağı istədi. Beləliklə, hər kəs öz sözünü fərqli formada demədi; hamı Peyğəmbərin (s) göstərdiyi sözləri dil ilə biət olaraq təkrarladı.
Bu ifadələr həm dinləmə, itaət, razılıq və təslimiyyəti əhatə edirdi, həm də dil ilə biət qəlb, ruh və əl ilə biət anlamını daşıyırdı.
Başqa bir baxımdan, bu biət, şübhə və sözündən dönməməyin davamlılığını nəzərdə tuturdu.
Bundan əlavə, əl ilə biət etmək imkanı olmayanlar üçün, bu etiraf əl ilə biət hesab edilirdi. Nəhayət, Qədir mesajının gələcək nəsillərə çatdırılması üzrə öhdəlik də bu biətə daxil idi. Nəhayət Peyğəmbər (s) bu vədəyə Allahı şahid etdi.
Sonda bu öhdəliklə əlaqədar İsra surəsi, 96-cı ayə gətirildi:
قُلْ كَفى بِاللَّهِ شَهيداً بَيْني وَ بَيْنَكُمْ
De: Allah Mənim və sizin aranızda şahiddir. Allah Qədir Xumda olan dil ilə biətin şahidi oldu.
Qədir Xumda dil ilə biətin önəmi
Əmirəlmöminin (ə) Qədir Xumda minbərdə təqdim edilməsi qədər, 120 min nəfərin bir yerdə biətinin alınması da unikal bir hadisə idi. İnsanlar bu qədər insanın biətinin necə alınacağını heç ağlına gətirə bilməzdi.
Ən maraqlı məqam isə biətin gələcək nəsillərə və bütün insanlara çatdırılması üzrə öhdəlik idi.
Hər kəsin qulaqları Peyğəmbərin (s) sözlərinə yönəlmişdi ki, onları dəqiq təkrarlaya bilsin.
120 min nəfərin bir səs kimi Peyğəmbərin (s) sözlərini təkrar etməsi Qədir Xum torpağında heyrətamiz bir təsir yaratmışdı.
Təsəvvür edin ki, bu sadə bir cümlə deyil, uzun bir mətn idi və insanların yadda saxlaması üçün qısa parçalara bölünərək təkrar olunmalı idi.
Bu nizamlı və ardıcıl təkrar prosesi Qədir Xumda bənzərsiz bir mənzərə yaradırdı. İnsanların birləşmiş səsləri göylərə qədər yüksəlirdi.
Əhəmiyyətli bir məqam odur ki, əhd bağlamaq, Qədir Xum mesajını bütün nəsillərə zamanlar boyunca və bütün insanlara məkanlar üzrə çatdırmaq məqsədi daşıyırdı.
Həqiqətən, bu biət sadəcə əl ilə biəti aşırdı yəni əl ilə beətdən daha üstün idi. Daha öncə biətin məzmununun açıq şəkildə təqdim olunması, həm Qədir Xum iştirakçıları, həm də gələcək nəsillər üçün İslamın açıqlığını və təbliğ üsullarını göstərdi və bu hadisə qiyamətə qədər İslam məktəbinin fəxri hesab olunacaq.
Peyğəmbərin (s) Xütbənin sonunda insanlara yönəltdiyi xəbərdarlıq və Qurandan şahid gətirdiyi ayələr
Peyğəmbər (s) Qədir xütbəsinin on birinci və son bölümündə biət məsələsini qaldırmış və on iki İmamın (ə) imaməti ilə bağlı 120 min nəfərdən dil ilə biət və etiraf almışdır.
Daha sonra, söylədiklərini tamamlamış və biəti almış biri kimi, sanki insanlardan soruşurdu:
Bütün bu ilahi lütf, sizin üçün ən yaxşı yol və ən yaxşı imamları seçmiş, sizin öz başınıza hərəkət edib çətinlik yaratmağınıza imkan verməmişdir. Bu qədər nemətin dəyərini bilirsinizmi?
Peyğəmbər (s) bu yanaşmanı sual ilə açmış və demişdir:
Ey insanlar, nə deyirsiniz?… Allah hər bir səsdən və hər nəfəsin gizlisindən xəbərdardır.
Sonra nəsihət etmək üçün İsra surəsi, 15-ci ayəni oxumuşdur:
فَمَنِ اهْتَدى فَلِنَفْسِهِ وَ مَنْ ضَلَّ فَإِنَّما يَضِلُّ عَلَيْها
Hər kəs hidayətə çatarsa, öz xeyrinədir və hər kəs saparsa, yalnız öz ziyanına sapmışdır.
Çünki minbərdən sonra hər kəs biət üçün gəlməli idi, Peyğəmbər (s) bir daha Fəth surəsi, 10-cu ayə və Zuxruf surəsi, 28-ci ayəni xatırlatmışdır:
اِنَّ الَّذينَ يُبايِعُونَكَ اِنَّما يُبايِعُونَ اللَّهَ
Həqiqətən, sənə biət edənlər, yalnız Allahla biət etmiş olurlar.
وَ جَعَلَها كَلِمَةً باقِيَةً فى عَقِبِهِ
Və onu (bu kəlamı) arxasında (ardıcıllarında qalan) əbədi bir söz etdi.
Beləliklə, bu biətin bir tərəfdən Allahla, digər tərəfdən isə bütün İmamlarla biət olduğu, onların imamətinin həm bu dünyada, həm də axirətdə etibar edildiyi vurğulanmışdır.
Daha sonra Peyğəmbər (s) bu biətin meyvəsini, yəni insanların xeyrinə olduğunu açıqlamışdır.
Mənbələr:
- Əsrare Ğədir – Məhəmməd Bəqir Ənsari, Delil Ma, 1398.
- Bihar əl-Ənvar, cild 49, səh. 146.
- Rövzət-ül Vaaizin, səh. 226.
- əl-İrşad (Şeyx Mufid), cild 2, səh. 261.
- Manaqib İbn Şəhr Aşub, cild 4, səh. 364.
- Əlamul-Vəra, səh. 334.