Görüşün məqsədi, imam Əli (ə) hərəmi Tədqiqatlar Mərkəzi tərəfindən təqdim edilən ən önəmli elmi və tədqiqat nəticələri ilə tanış olmaq idi.
Mərkəzin rəhbəri Şeyx Salam əl-Nəsiri xəbər mərkəzinə açıqlamasında bildirdi:
“Bu görüşdə İmam Əli (ə) Hərəmi Tədqiqatlar Mərkəzinin fəaliyyəti, elmi layihələri və ixtisaslaşmış bölmələri haqqında geniş təqdimat verildi. Həmçinin, mərkəzin hazırkı layihələri, əlyazma nüsxələrinin tədqiqi və İslam araşdırmaları sahəsindəki işləri təqdim olundu.”
Nəsiri əlavə etdi:
“Şeyx Qeys əl-Əttar, mərkəzin əlyazma nüsxələrinin tədqiqindəki elmi dəqiqliyindən məmnunluğunu bildirdi və elmi əsərlərin universitet formatında təqdim olunması üçün görülən səyləri yüksək qiymətləndirdi.”
Görüşün qonağı həmçinin İmam Əli (ə) Hərəmi Tədqiqatlar Mərkəzinin nəşriyyatına da baş çəkdi. Burada xüsusilə əlyazma nüsxələri sahəsində “Məxṭutatuna” jurnalı və universitet araşdırmalarına həsr olunmuş “Əl-Nəhc” jurnalı diqqətə çatdırıldı. Bu addımlar elmi ixtisaslaşmanı gücləndirmək və tədqiqat işlərinin inkişafını təmin etmək məqsədini daşıyır.
