Hüdeybiyə sülhü İslam tarixinin dönüş nöqtələrindən biri hesab olunur və dinin yayılmasına geniş təsir göstərmişdir. Bu hadisədə Əmirəlmöminin Əlinin (ə) rolu, əsas şəxslərdən biri olaraq xüsusilə diqqətçəkəndir.
Tarixi mənbələrə əsasən, Əmirəlmöminin Əli (ə) Hüdeybiyə sülhü müqaviləsinin şərtlərini yazmaq üçün Peyğəmbər (s) tərəfindən vəzifələndirilmişdi.
Hüdeybiyə sülhündə müşriklərin müqavilə yazılmasına etirazı və Əmirəlmöminin (ə) rolu
İmam Sadiq (ə) hədisində Hüdeybiyə sülhü ilə bağlı belə buyurmuşdur: Hafs ibn Əhnəf və Suheyl ibn Əmr Peyğəmbər (s) ilə görüşərək dedilər: “Ey Məhəmməd! Qüreyş sənin İslamın azad olması və heç kəsi dininə məcbur etməmək şərtini qəbul etdi.”
Peyğəmbər (s) qələm və mürəkkəb istədi və Əmirəlmöminin Əli (ə) müqaviləni yazmaq üçün çağırıldı.
Əmirəlmöminin (ə) yazdı: “Bismillahir-Rəhmanir-Rəhim”
Suheyl ibn Əmr dedi: Biz Rəhman adlı bir Allahı tanımırıq. Ata-babalarınız kimi “Bismik Allahümə” yaz.
Peyğəmbər (s) buyurdu: Yaz, Bismik Allahümə; çünki bu da Allahın adlarından biridir.
Əmirəlmöminin (ə) sonra yazdı: Bu müqavilə Məhəmməd Peyğəmbər (s) ilə Qüreyşin başçıları arasında bağlanmışdır.
Suheyl ibn Əmr yenidən dedi: Əgər biz sənin Allahın elçisi olduğunu qəbul etsəydik, sənlə müharibə etməzdik. Yaz ki, bu müqavilə Məhəmməd ibn Abdullah ilə Qüreyş arasında bağlanmışdır. Ey Məhəmməd, öz nəsəbindən utanc hiss edirsən?
Peyğəmbər (s) buyurdu: siz etiraf etməsəniz də mən Allahın elçisiyəm. Ey Əli! Onu sil və yazın: Məhəmməd ibn Abdullah.
Əmirəlmöminin (ə) dedi: Mən sizin adınızının kənarından nübüvvət kəlməsini heç vaxt silmərəm.
Peyğəmbər (s) öz mübarək əlləri ilə “Rəsulullah” sözünü təmizlədi.
Daha sonra Əmirəlmöminin (ə) yazdı:
Bu müqavilə Məhəmməd ibn Abdullah ilə Qüreyşin başçıları və Suheyl ibn Əmr arasında bağlanmışdır. Onlar razılaşdılar ki, on il ərzində müharibə etməsinlər, bir-birinə toxunmasınlar, oğurluq və talan etməsinlər, müqaviləni pozmaq və sülhü ayaq altına almaq niyyətini qəlblərində saxlamasınlar. Məhəmməd ilə həmrəylik və din birliyinə sahib olmaq istəyən onunla, Qüreyş ilə eyni hüquqlara malik olmaq istəyəndə Qüreşlə olsun.
Əgər Qüreyşdən kimsə öz rəhbərinin izni olmadan Məhəmmədin yandaşlarına qoşularsa geri qaytarılsın; Məhəmmədin tərəfdarlarından kimsə Qüreyşə qoşularsa geri qaytarılmasın. İslam Məkkədə açıq və azad olsun, insanlar dini seçimlərinə görə təzyiqə məruz qalmasın. Məhəmməd və yandaşları bu il Məkkəyə daxil olmayacaq, gələn il isə üç gün qalacaq və yalnız səfər üçün lazım olan qılıncı özü ilə aparacaq, digər silahlar gətirməyəcək.”
Əmirəlmöminin Əli ibn Əbu Talib (ə) bu sülh müqaviləsini yazdı və Mühacir və Ənsar buna şahidlik etdilər.
Peyğəmbər (s) sonra buyurdu: Ey Əli! Nubuvvətimi silməkdən imtina etdin. And olsun Ona ki, məni haqlı olaraq peyğəmbər etdi, sən də bu insanların övladları qarşılaşdığında bunu məcburiyyət üzündən qəbul edəcəksən.
Bir neçə il sonra, Suffeyn günü gəldikdə, müharibə tərəfləri razılıq əsasında hakimiyyətə müraciət etdilər. Əmirəlmöminin (ə) yazdı: Bu müqavilə Əli ibn Əbu Talib (ə) ilə Muaviyə ibn Əbu Sufyan arasında bağlanmışdır.
Əmr ibn As dedi: Əgər biz səni Əmirəlmöminin qəbul etsəydik, səninlə döyüşməzdik. Yaz ki, bu müqavilə Əli ibn Əbu Talib ilə Muaviyə ibn Əbu Sufyan arasındadır.
Bu zaman Əmirəlmöminin (ə) dedi: Allah və Peyğəmbər (s) haqlıdır; Peyğəmbər mənə Hüdeybiyə sülh müqaviləsini yazanda bunu xəbər vermişdi.
Mənbələr:
- Təfsir Qumi, cild 2, səh. 312
- Əl-Sirə əl-Nəbəviyyə, cild 1, səh. 317
- Ət-Tabaqat əl-Kubra, cild 2, səh. 74