Zilqədə ayının 25-i “Dəhvül-ərz” (دحْوُ الْأرْض) adlandırılır. “Dəhvül-ərz” ifadəsi yerin genişləndirilməsi, su altından çıxması mənasını daşıyır. Bəzi alimlər bunu quru sahələrin genişlənməsi, bəziləri isə yerin hərəkəti kimi izah etmişlər.
Ümumi qəbul olunmuş inanca görə, başlanğıcda yer səthinin hamısını ilk böyük daşqın yağışlarından yaranan sular örtmüşdü. Bu sular zamanla yerin çökəkliklərinə çəkildi, quru sahələr tədricən suyun altından üzə çıxdı və zaman keçdikcə genişləndi. İlk olaraq suyun altından çıxan məkanın isə Kəbə olduğu bildirilir.
Dəhvül-ərzin mənası
“Dəhv” sözünün lüğəvi mənası “yaymaq” və “yuvarlamaq” deməkdir. Lakin əksər təfsirçilər bu sözü “yerin genişləndirilməsi” mənasında izah etmişlər.
Dəhvül-ərz gününün yaxınlaşması münasibətilə Əli ibn Əbu Talib-dən bu mövzu ilə bağlı bir hikmətli kəlam nəql edilir:
أنا دَحَوتُ أرضَها Mən onun yerini genişləndirdim. (1)
Əli ibn Əbu Talib Bəsrə Cümə məscidində xütbə oxuyaraq buyurmuşdur:
“Ey möminlər və müsəlmanlar camaatı! Uca Allah Özünü tərif edərək belə buyurur: “O, Əvvəldir” — yəni hər şeydən əvvəldir; “Axırdır” — yəni hər şeyin sonunda da O qalacaq; “Zahirdir” — yəni hər şeyə qalibdir; “Batindir” — yəni Onun elmi bütün gizlinləri əhatə edir.
Məni axtarıb tapa bilməyəcəyiniz vaxtdan əvvəl məndən soruşun, “mən əvvələm və axıram…”
Əli ibn Əbu Talibin xütbəsinin davamında belə buyurulur:
Xütbə sona çatana qədər Bəsrə əhli ağladı və ona salavat göndərdi.
Sonra o həzrət buyurdu:
“Yerini mən genişləndirdim, dağlarını mən yaratdım, bulaqlarını mən yarıb çıxartdım, çaylarını mən axıtdım, ağaclarını mən əkdim, meyvələrinə dad verən mən oldum, buludlarını mən yaratdım, ildırımını mən eşitdirdim, şimşəyini mən işıqlandırdım, günəşinə istilik verdim, ayını mən çıxartdım, yağışını mən endirdim və ulduzlarını öz yerinə qoydum.
Coşqun dəniz mənəm; dağlarını mən ucaltdım, gəmiləri onda mən hərəkət etdirdim və günəşinə nur verdim.
Mən “Cənbullah”, “Kəlimətullah”, “Qəlbullah” və Allah dərgahına aparan qapıyam. Mənə səcdə edərək o qapıdan daxil olun ki, günahlarınız bağışlansın və yaxşıların mükafatı artırılsın. Qiyamət mənim vasitəmlə qaldırılır. Batil əhli mənim haqqımda şübhəyə düşər. Mən əvvəl və axır, zahir və batinəm və hər şeyi bilirəm.”
Mənbələr:
(1) Biharül-ənvar, cild 39, səhifə 348.
(2) Biharül-ənvar, cild 39, səhifə 348.