O, 1255-1329 Hicri-Qəməri (təxminən 1839-1911) illəri arasında yaşamış, fəqih və üsulçu (şiə alimləri arasında fiqh prinsipləri üzrə ixtisaslaşmış) olub və məşhur “Kifayə əl-Usul” kitabının müəllifidir.
Doğum və ailə
O, böyük şiə müctəhidlərdən biri, siyasətçi və İran Məşrutə Hərəkatının əsas dəstəkçilərindən biri olaraq 1255 Hicri-Qəməri ilində müqəddəs Məşhəd şəhərində dünyaya gəlib. Ailəsi elm və fəzilətlə tanınırdı.
Atası Həratdan olsa da, ailəsi uzun illər idi ki, Məşhəd şəhərində məskunlaşmışdı.
Təhsil və müəllimlər
Ayətullah Məhəmməd Kazim Xorasanı ilkin elmləri və ibtidai təhsili Məşhəd şəhərində tamamlayıb. Daha sonra Səzibar şəhərində Hacı Molla Hadi Səzibarinin dərslərində iştirak edib.
Bir müddət sonra Tehrana köçərək hikmət və fəlsəfə elmlərini Mirzə Əbülhəsən Cilvə vasitəsilə öyrənib.
Nəcəfə köç
22 yaşında, 1277 Hicri-Qəməri ilin Rəcəb ayında, rasional və nəqli elmləri öyrəndikdən sonra Məşhəddən müqəddəs Nəcəfə yola düşüb. Tehranda bir müddət dayandıqdan sonra Nəcəfə gedib.
Axund Xorasani Nəcəfə gəlmişdi ki, Əmirəlmöminin Əli (ə) hərəminin yanında elm öyrənsin.
Onun kasıb yaşamı, elm öyrənməyə böyük marağı, əzmkarlığı və sayısız çətinliklər qarşısında dözümü onu həm xalq arasında, həm də alimlər arasında məşhur etdi. Qısa müddət ərzində bütün dünyaya tanınmış və dövrünün nadir şəxsiyyətlərindən biri sayılmışdır.
Müəllimlər
Axund Xorasani Nəcəfdə bir sıra böyük alimlərdən dərs alıb:
- Şeyx Ənsəri
- Ayətullah Şəhabi
- Seyid Əli Şüştəri
- Seyid Məhdi Qəzvini
- Şeyx Razi
- Molla Əbdülrəsul Mazəndərani
- Mirzə Şirazi (Tütünün qadağan edilməsi fətvasının sahibi)
O özü qeyd edib:
“Ən böyük müəllimim Şeyx Murtəza Ənsəri olub, o tanınmış alim, zahid və yüksək səviyyəli arif idi.”
Tədris fəaliyyəti
Hacı Mirzə Həsən Şirazi Samraya köçdükdən sonra Axund Xorasani Nəcəfdə qalıb və üsul dərslərinə başlayıb. Onun dərsinin təsirli olması nəticəsində dərsi alimlər və müctəhidlər arasında seçilib və dərs otağı ixtisaslı tələbələrlə dolub.
Axundun dərs sahəsi həmin dövrdə məşhur olub və böyük maraqla qarşılanıb. Mirzə Şirazi və Ayətullah Rəşti vəfat etdikdən sonra Axund Xorasani bütün müsəlmanlar arasında mərcə (müctəhid) statusuna çatıb.
Mədrəsələr
Axund öz təhsilini dar, köhnə və işıqsız otaqlarda almasına baxmayaraq, sonradan Nəcəfdə tələbələr üçün üç mədrəsə tikib ki, burada yüksək səviyyəli fəqihlər və alimlər yetişdirilib:
- Böyük Axund Məktəbi – Qiblə tərəfdə, 1321 Hicri-Qəməri ilində tikilib
- Orta Axund Məktəbi – 1326 Hicri-Qəməri
- Kiçik Axund Məktəbi – 1328 Hicri-Qəməri
Tələbələr
Axund Xorasanının neçə alimi və müctəhidi yetişdirdiyi tam bilinməsə də, təzkirəçilər yazıblar ki, onun dərslərinə hər dəfə minlərlə tələbə qatılıb və onlardan bir çoxu müctəhid statusuna çatmış, dövrünün görkəmli alimləri arasında yer almışdır.
Bəzi tələbələr:
- Ayətullah Şeyx İbrahim Ərdəbili
- Ayətullah Seyid Əbülhəsən Nəqavi
- Ayətullah Ağa Muctəba Tuisərkani
- Ayətullah Mirzə Məşkin Fəzil
Axund çoxlu istedadlı və dəyərli tələbələr yetişdirib ki, hər biri İslam dünyasının müxtəlif regionlarında təsir göstərmişdir.
Əz-Zəriə kitabının müəllifi yazır:
“Bir dəfə dərs ilinin sonunda və bir gecə, Axund Xorasaninin tələbələrini saydılar və sayı 1,200-dən çox oldu.”
Bəzi digər bioqraflar isə Axundun 310 tələbəsini qeyd etmişlər. Onların arasında görkəmli şəxslər:
- Ayətullah Seyid Əbülhəsən İsfəhani (1284-1365 H.q)
- Ayətullah Cəmələddin Qulpayegani (1295-1377 H.q)
- Ayətullah Şeyx Məhəmməd Cavad Bəlaği (1282-1352 H.q)
- Ayətullah Seyid Məhəmməd Təqi Xansari (1305-1371 H.q)
- Ayətullah Şeyx Məhəmməd Hüseyn İsfəhani (1296-1361H.q)
Əxlaqi xüsusiyyətləri
Axund Xorasani şəxsi həyatında mehriban ata və fədakar həyat yoldaşı idi. Onun övladları heç vaxt yadına salmayıblar ki, şeytan qəzəblə üzərinə qalib gəlsin. O, açıq üzlü və səbirli bir insan olub, ailəsinin vəziyyətinə böyük diqqət göstərirdi. Özünün təmizliyinə və geyiminin səliqəsinə xüsusi önəm verirdi. İç dünyası pak və zahiri görünüşü nizamlı idi; onun ən böyük əxlaqi üstünlüyü səbr və geniş ürəyin sahibi olması idi. O, qarşılaşdığı çətinliklər və sınaqlar qarşısında möcüzəvi səbir göstərirdi.
Övladları
Axundun beş oğlu və bir qızı olub:
- Qızı 1308 Hicri-Qəməri ilində Nəcəfdə doğulub. Mirzə Habibullah Rəşti ilə evlənərək Tehrana köçüb və orada vəfat edib. Cənazəsi Nəcəfə gətirilərək atasının yanında dəfn olunub.
- Ağa Mirzə Məhdi (vəfatı 1356 h.q) – Tehranda vəfat edib, Məşhəd şəhərində dəfn olunub.
- Ayətullah Ağa Mirzə Məhəmməd (vəfatı 1356 h.q) – həzrət Şah Əbdüləzimin hərəmində dəfn olunub; o, dözümlü mübariz və Məşhəd elm mərkəzində müəllim olmuşdur.
- Ayətullah Əhməd Kəfayi Xorasanı (vəfatı 1391 h.q) – İmam Rza (ə) hərəmində dəfn olunub; dərslərini Gohərşad məscidində deyib.
- Hacı Hüseyn Ağa (vəfatı 1396 h.q) – illər boyu Tehran məscidlərində imamlıq edib; vəfatından sonra atasının yanında dəfn olunub.
- Hacı Həsən Kəfayi (vəfatı 1374 h.q) – Şah Əbdüləzim hərəmində dəfn olunub.
Əsərləri və nəşrləri
Axund Xorasanının ən önəmli əsərləri:
- Kifayə əl-Usul
- Risələyi Favaid
- Şeyx Ənsərinin Məksab kitabına şərhləri
- Risələyi Əl-İlamə Şiə
- Risələyi Ədalət
- Rəsailə şərhlər
- Ruh əl-Həyat kitabı
- Şərh əl-Təbsirə
- Kitabu fi əl-Vəqf
- Kitabu fi əl-Qəza
“Kifayə əl-Usul” bu gün də elm mərkəzlərində yüksək səviyyəli dərslərdə və xaric üsul dərslərində istifadə olunur. Digər əsərləri isə əksəriyyətlə çap edilməyib, əlyazma və məqalə şəklində qalmaqdadır.
Axund Xorasanının həyatından bir maraqlə hadisə
Bir müşahidəçinin dediyinə görə (baxmayaraq ki, o şəxs İslama inanmasa da):
“Hazırda Nəcəfdə dörd tanınmış müctəhid yaşayır: Axund Molla Kazim Xorasani (əsli Məşhədlidir və 50 ildən çoxdur müqəddəs yerlərdə yaşayır), Hacı Mirzə Hüseyn (Mirzə Xəlil Tehrani oğlu), Ağa Seyid Kazim Yezdi və dördüncü bir ərəb müctəhidi Ağa Seyid Məhəmməd Bəhr əl-Ulum.
Onların arasında müqayisəsiz üstünlük Axund Molla Kazim Xorasanidədır; o, həqiqətən şiə aləminin rəhbəri və bütün Yaxın Şərqdə ən böyük dini şəxsiyyətdir.
O, evinə məni dəvət etdi; evi İmam Əli )ə) hərəminə çox yaxın, kiçik, incə bədənli, ağ saqqallı və böyük ağ turbanlı bir kişiydi. Qurani-Kərimin yüksək təlimlərini mənə izah etdi, xüsusən insanpərvər aspektlərinin hər kəsi əhatə etməsini vurğuladı. O, həmçinin mənim üçün gizli şəkildə dua etdi ki, inşallah gözlərim İslamın həqiqətlərinə açıq olsun.”
Şeyx Ənsərinin hədiyyə etdiyi köynək
Axund Xorasani haqqında çox danışılıb, və biz burada onun özünün öz həyatı haqqında dediklərinə diqqət yetirəcəyik.
Axund Xorasani öz xatirələrində tələbəlik dövründə yaşadığı kasıblıq, zəhmət və dünyəvi ləzzətlərdən uzaq olmasını belə təsvir edir:
“Dərs başa çatanda Şeyx (Murtəza Ənsəri) mənə baxdı və dedi: Axund! Görürəm çox ədəbli oturursan?
Mən başımı aşağı saldım, əbamı sinəmə çəkdim və hərəkətsiz halda idim. Şeyx anladı ki, mənim əynimdə köynək yoxdur və əbamla boynumu örtmüşəm ki, görünməsin. O vaxt yalnız sahib olduğum paltarlardan biri cırıq əbam və köhnə ayaqqabı idi, ayaqqabının altı da yox idi, ayağım bulaşıq və nəcis olamamaq üçün çətinliklə ayağımı qaldırıb yerə qoyurdum. Bir dəfə üç dəfə ayağımı yumaq məcburiyyətində qaldım. Mədrəsənin küncündə outran bir tələbə mənim halımı görüb məni acıdı və mənə köhnə ayaqqabı verdi.
“O an halım elə idi ki, sanki dünyanı mənə vermişdilər! Həmin gün də şeyx köynəyim olmadığını anladı və buna görə də öz əbamı sinəmə çəkdim ki, sanki əxlaqlı şəkildə oturmuşam. Sonra əmr etdi və mənə bir köynək verildi.”
Bu hekayə Axundun kasıb, amma əxlaqi baxımdan zəngin tələbəlik həyatını göstərir.
Qırx il ət yeməmiş bir müctəhid
Axund xatırladır:
“…Qırx il ərzində nə ət yemişəm, nə də yemək arzulamışam. Mənim tək qidam düşüncə idi və bu həyatla razı idim. Heç vaxt şikayət etmədim ki, insanlar mənim həyatımla narazı olduğumu düşünsünlər.
Bir şam almaq üçün pul verirdilər, amma qaranlıqda yaşayırdım və pulu məndən daha kasıb olanlara verirdim. Gecələr kitabımı götürüb mədrəsəyə gedirdim ki, işıqlı lampanın yanında oxuyum. Tələbələr mənə çox diqqət etmirdilər, yalnız bir neçə nəfər mənim kimi çox kasıb idilər. Yuxum altı saatdan çox deyildi; aclıqla isə dərin yuxuya getmək olmurdu. Çox gecələr ulduzlarlı müşahidə edib onlarla söhbət edirdim və gecə oyaq qalırdım.
“Bu vəziyyətdə ağlıma gəlirdi ki, Əmirəlmöminin Əli (ələyhis-salam) da gecələrinin çoxunu belə keçirirdi. Mən bütün kasıblıq və çətinliyimə baxmayaraq hiss edirdim ki, fikrim daha yüksək bir aləmə uçur və bir qüvvə var idi ki, ruhumu özünə cəlb edirdi. Otuz il ərzində yeganə qida çörək idi.”
Axund Xorasanının siyasi həyatı
Axundun siyasi lider kimi şöhrəti, avtoritar rejimə qarşı cəsarətli və qorxmaz mövqeyi və İranın konstitusiya hərəkatındakı saysız-hesabsız səyləri ilə başladı.
O, öz dövrünün iki böyük müctəhidi — Hac Mirzə Hüseyn Xəlili Təbrizi və Hac Şeyx Abdullah Mazandaranı ilə birlikdə, İranın dini və siyasi liderlərinə məktub və teleqramlar göndərir, maarifləndirici bəyanatlar yayıb siyasi və sosial hadisələrə münasibət bildirirdilər.”
Axund Xorasaninin məşrutiyyətə baxışı
Axund və onun yoldaşları Məşrutiyyət sistemini zülmü məhdudlaşdırmaq üçün bir vasitə kimi görürdülər və Məşrutiyyət hərəkatında iştirak etməyi bütün müsəlmanlar üçün vacib sayırdılar.
O, həmçinin Mirzə Naininin “Tənbih əl-Ümmə və Tənzih əl-Millə” kitabına şərh yazmış və bu şərhdə Məşrutiyyət prinsiplərinin şəriətə uyğun olduğunu bəyan etmişdir.”
Ayətullah Axund Xorasaninin İranın məşrutiyyət hərəkatında rolu
Ayətullah Axund Xorasanı, Məşrutiyyət hərəkatında nəinki dini, həm də siyasi lider kimi önəmli rol oynamışdır. Onun fəaliyyəti həm elmi nüfuzu, həm də ədalət və xalqın müdafiəsi prinsiplərinə söykənirdi.
Məşrutiyyət fərmanının verilməsinə və Milli Şura Məclisinin seçkilərinə baxmayaraq, yeni şah Məhəmmədəli şah məclisi və onun qərarlarını qəbul etməyə hazır deyildi. Buna görə də bəzi alimlər və Məşrutiyyət tərəfdarları Nəcəfdəki Məşrutiyyətçilərdən, xüsusilə də Axund Xorasani-dən kömək istədilər.
Axund Xorasani də onların təkrar sorğularına verdiyi cavablarda İran azadlıq hərəkatının Məclisi möhkəmlətmək və qorumaq səylərini təsdiqlədi.
Onun bir cavabında belə deyilir: … Qanunverici məclisə qarşı dayanmaq, İslam dininin hökmlərinə qarşı çıxmaq deməkdir. Buna görə müsəlmanlar üçün vacibdir ki, həmin məclisə qarşı hər hansı hərəkətə qarşı çıxıb dayansınlar.
Axundun İran Məclisinə və hüquqla idarə olunan hökumətə dəstəyi, ədaləti bərqərar etmək və zəif, məhrum kütlələr üzərində zülmü aradan qaldırmaq məqsədinə xidmət edirdi, heç bir xüsusi qrup və ya şəxsi maraqlar üçün deyildi.
Axund Məclisin açılmasından sonra məktubla onun açılışını təbrik etmişdi. O, Ayətullah Hac Mirzə Hüseyn Xəlili və Hac Şeyx Abdullah Mazandarani ilə birlikdə daim fərmanlar və hökm göndərərək Məclis nümayəndələrinə zəruri qanunları hazırlayıb qəbul etmələri üçün göstərişlər verirdi.
Bunlara nümunə olaraq hərbi xidmət və müasir silahlarla təchiz olunmuş ordu yaratmaq haqqında qanun, müasir məktəblərin təşkili və təhsilin yeni elmlərə əsaslanması haqqında qanun, eləcə də Milli Bankın yaradılması haqqında qanun göstərilə bilər.
O, həmçinin 1325-ci il hicri-qəməri təqvimi ilə 28 Zilhiccə tarixində göndərdiyi məktubda Məclis nümayəndələrini İslami qanunların icrasına, dövlət borclarının ödənilməsinə və yoxsulluğun aradan qaldırılmasına təşviq etmişdi.
Nəcəf Əshrəf Məşrutiyyətçiləri, Axund Xorasani rəhbərliyində, Məhəmmədəli şahın əngəlləri və etirazlarından narahat olaraq, Məclisin ləğv edilməsini İran xalqına zərbə hesab edirdilər və dövlətin hüquqi formasının qorunmasının, Məclisin bağlanmasına yönələn hər hansı hərəkətə qarşı dayanmağın vacibliyini vurğulayırdılar. Buna görə də məktub və teleqramlarında Məclis qanunlarına əməl etməyi və onu dəstəkləməyin zəruriliyini bildirirdilər.
“Məhəmmədəli şah Qacar əleyhinə mübarizə hökmünün verilməsi
Məhəmmədəli şahın Məclisi ləğv etmək niyyətinin aydınlaşmasından sonra, Axund Xorasani ona on maddədən ibarət nəsihət məktubu göndərdi və şahı İslami qanunçuluğa, xaricilərə bağlılıqdan uzaq durmağa və müstəmləkəçiliyə qarşı durmağa, ümumi rifahın və sosial ədalətin inkişafına, eləcə də tarixə diqqət göstərməyə çağırdı.
Amma Məhəmmədəli şah, Rusiyanın dəstəyi ilə, hicri-qəməri 1326-cı ilin 23-cü Cəmdül-əvvəlində cəsarətli bir addım atdı: Məclisi topa tutdu və ölkədə yeni yaranmış Məşrutiyyət sistemini ləğv etdi.
Axund Xorasani sərt məzmunlu məktubunda onun Məşrutiyyəti devirmək cəhdini qınadı və şahın bəzi gizli əməllərini ifşa etdi.
Nəcəf Məşrutiyyətçilərinin fikrincə, Məhəmmədəli şahın Məşrutiyyəti məhv etməsi yalnız avtoritarizmə qayıdış deyildi; bu, İslam ölkələrində xarici güclərin iradəsini möhkəmləndirməyi hədəfləyən müstəmləkəçi bir plan hesab olunurdu.
Buna görə Axund fətva verdi və bəyan etdi ki, Məhəmmədəli şahın heç bir hüququ yoxdur: nə vergi toplamaq, nə də xarici dövlətlərlə müqavilə imzalamaq haqqı.
Bu tədbirlərin davamı olaraq, o, Şeyx Əsədullah Mamqaniyi İstanbula göndərdi ki, orada yaşayan İran azadlıq tərəfdarları ilə danışıqlar aparsın və onları avtoritarizmə qarşı mübarizəyə təşviq etsin.
Azərbaycan xalqı Məşrutiyyəti bərpa etmək üçün Səttarxanın rəhbərliyi altında üsyana başlayanda, Axund, Bakı müsəlmanları arasında böyük nüfuza malik olduğundan, Hac Şeyx Abdullah Mazandarani ilə birlikdə hicri-qəməri 1326-cı ilin 20-ci Zilqədə Rusiyada yaşayan müsəlmanlara məktub göndərdi və onlardan Təbriz inqilabçılarına yardım etmələrini xahiş etdi.
Eyni zamanda o, bir sıra maarifləndirici məktub, mesaj və fərmanlar vasitəsilə Təbriz xalqının avtoritarizmə qarşı üsyanını dəstəklədi və onun qələbəyə qədər davam etməsinin vacibliyini vurğuladı.
Şübhəli vəfat
Axund Xorasani, yaxından məlumat toplamaq və səhv addımların qarşısını almaq üçün digər alimlərlə birlikdə İrana səfər etməyə qərar verdi.
Lakin birdən-birə Nəcəfdə vəfat etdi. Ölümü təbii sayılmasa da, İngiltərə agentləri tərəfindən zəhərlənməsi ehtimalı mövcuddur.
14 ay əvvəl Şeyx Abdullah Mazəndarani bir fürsətdə bildirmişdi ki, onun və Axundun həyatı təhdid altındadır.
Axund, hicri-qəməri 1329-cu ilin 21-ci Zilhiccə çərşənbə gecəsi vəfat etdi və onun cəsədi Mirzə Rəşti türbəsində, həzrət Əmirəlmöminin (ələyhis-salam) səhninin Sultani koridorunda torpağa tapşırıldı.
Mənbə:
Peyam Hoze jurnalı, №7, Sadeqi, Möhsün