Most searched:

Seyyid Nurəddin Dartafərin

“Əlini Əlinin özündən soruş”

Seyyid Nurəddin Darafərinin İmam Əli (ə) haqda yazdığı şeiri.

Əlini Əlinin özündən soruş

Özünü tapmasan sözündən soruş

Əli bir bulaqdır çağlayar coşar

Bulağın saflığın gözündən soruş!

 

O Allah nurunun cilvəsindədir

Sədası “Quran”ın şivəsindədir

Ədalət bir uca dağ misalıdır

Əli o dağların zirvəsindədir!

 

Zülmət gecələrdə nurlu mah idi,

Əli yer üzündə yadullah idi,

Bu nə mərtəbədir, bu nə rütbədir?

Ləpiri dəyən yer qədəmgah idi!

 

Əlini qiyməti qiymətindədir

Qolunun qüdrəti qeyrətindədir

Sənin xidmətivə ehtiyacı yox

Əlinin mələklər xidmətindədir!

 

Onda ki dünyada Əli var idi

Dünyanın özünə iftixar idi

Əli fəth eylədi kəhkəşanları

Göyün yollarından xəbərdar idi!

 

Əli ölməyibdir Əli zindədir

Əlini sevənlər sadiq bəndədir

Seyyidə o dini təlim eylə ki,

Ağası mövlası həmən dindədir!

SEYYİD NURƏDDİN DARAFƏRİN

 

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir