Haris Fəhri, “Qədiri qəbul etmirəm və əgər mənim Qədiri inkar etməyim doğru olsa, Allah sizə əzab göndərsin” demək yerinə, əksinə, həmin sözləri özünə aid edərək, əslində Peyğəmbər (səlləllahu əleyhi və alih) tərəfindən söylənməsi lazım olanları özü dedi.
Haris dedi: Ey Allah! Əgər Məhəmmədin Əli haqqında dediyi vilayət doğru və Səndən gələn bir şeydirsə, biz inkar edənlərə əzab göndər!
Görürük ki, həm məsələnin doğru olduğuna, həm də Allah tərəfindən gəldiyinə dair Haris öz dilindən söylədi və açıq şəkildə Allahdan əzab istədi.
Bu hadisə insanların qarşısında baş verdi və o qədər qəribə bir tələbat idi ki, Allah bu sözləri Quranda, Ənfal surəsinin 32-ci ayəsində olduğu kimi qeyd etdi.
وَإِذْ قَالُوا اللَّهُمَّ إِنْ كَانَ هَٰذَا هُوَ الْحَقَّ مِنْ عِنْدِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةً مِنَ السَّمَاءِ أَوِ ائْتِنَا بِعَذَابٍ أَلِيمٍ
Və (yad et) o zaman ki, qarşı duranlar (dua edib) dedilər: Ey Allah! Əgər bu həqiqətən Səndən olan bir şeydirsə, o zaman bizə göydən daşlar yağdır və ya bizə acı bir əzab göndər!
İndi bu mübahilə məsələsinin hakimi Allah idi ki, insanların vəzifəsini aydınlaşdırmalı idi. Çünki bir çox münafiqlər və zəif imanlılar, Qədirdə olan insanların arasında da Haris kimi bir düşüncə var idi, amma bunu ifadə etməyə cəsarətləri yox idi!
Əgər Allah Harisin sözlərinə cavab verməsəydi, onlar da Haris ilə birləşib Qədirin Peyğəmbər (səlləllahu əleyhi və alih) tərəfindən uydurulduğunu və Allahla əlaqəsinin olmadığını düşünəcəkdilər.
Peyğəmbər (səlləllahu ələyhi və alih) yenə də bütün insanlara tövbə yolunu göstərmək istədi ki, doğru yola dönmək heç vaxt gec deyil, Allahla və Əhlul-Beyt (ələyhimüs-sələm) ilə barışmaq həmişə mümkündür. Eyni zamanda, düşmənlərindən uzaq durulması və onlardan ayrılmasının vacib olduğunu xatırlatmaq istədi.
Buna görə də Harisə dedi: Ya bu sözündən tövbə et, ya da bizdən uzaqlaş və bizim yanımızdan get.
Haris öz qaranlıq niyyətini bir daha ortaya qoydu və münafiqlərin Qədirdəki ürəyindən keçən sözləri dilə gətirdi. Dedi: Qəlbim tövbə etməyə məni dəstəkləmir, amma sənin yanından gedirəm!
Bu zaman böyük bir möcüzə baş verdi elə o böyük kütlənin gözləri önündə.
Fil qoşununun xatirəsi yaddaşlarda qalırdı və Allah öz qüdrətini göydən gələn daşlar ilə göstərmişdi. İndi Harisin sözlərinin bitməsi və onun Peyğəmbərdən (səlləllahu ələyhi və alih) ayrılması ilə bu hadisə təkrarlandı.
Göydən bir quş gəldi, dimdiyində mərci boyda daş var idi o daşı, Harisin başına endirdi. O daş Harisin başını yarıb onu yerə sərdi, və o, insanların gözləri önündə yerə düşüb can verdi.
Mənbə:
Bihar əl-Ənvar, cild 31, səhifə 320.