“Əl-Yətimatu əl-Ğəraviyyə” kitabında cənab Baraqi belə nəql edir:
Şeyx Əkməl Xezr Şəlal özünün “Əbvabu əl-Cənnən” kitabında Əmirəlmömininin (ə) hərəmini ziyarət edənlər haqqında belə bir maraqlı hadisə danışır:
Bir qrup insan Bahreyndən Əmirəlmömininin (ə) hərəminə ziyarətə getmişdi. Onlardan biri ziyarət zamanı qrupdan ayrıldı ziyarət bitdikdən sonra qayədarkən yenidən qrupa qoşuldu. Ziyarətdən dönüş yolunda bəzi dostları onunla zarafat etmək istədilər və dedilər:
— Biz Əmirəlmöminini (ə) ziyarət edərkən ziyarətimizin qəbul olunduğuna dair etibarnamə aldıq. Sənin Əmirəlmöminindən (ə) aldığın etibarnamə haradadır?
Kişi bir qədər üzülərək cavab verdi:
— Mən Əmirəlmöminindən (ə) heç bir etibarnamə almadım!
Üzülən kişi dərhal yenidən hərəmin müqəddəs məkanına qayıtdı və dedi ki, mən də digər ziyarətçilər kimi bir etibarnamə istəyirəm, onu almadan hərəmdən çıxmayacağam.
O anda Əmirəlmömininin (ə) sandığından iki barmaq çıxaraq içində kişinin istədiyi etibarnamə görünür. Kişi onu götürüb sevinclə geri qayıdır.
Geri dönəndə aldığı etibarnaməni dostlarına göstərir və onlar bu hadisəyə çox təəccüblənirlər. Deyilənə görə, həmin kişinin nəvələri hələ də Bahreyndə yaşayırlar.
Bəlkə də buna görə Əmirəlmöminininin (ə) zərihində olan sandığın ovuğu iki barmaq şəklindədir.