“260-cı hicri-qəməri ildə mən uşaq idim, atam Əli ibn Rəhim və əmim Hüseyn ibn Rəhim ilə gecə vaxtı və gizlicə Ğəra (Nəcəf) istiqamətinə yola düşdük ki, Mövlamız Əmirəlmöminin Əlinin (ə) qəbrini ziyarət edək.
Çatdığımız zaman, Əmirəlmömininin (ə) qəbrinin üstündə heç bir bina yox idi, yalnız ətrafında daşlar düzülmüşdü və ətrafda Ğəra təpəsindən başqa bir şey yox idi.
Qəbrin yanında bəzilərimiz Quran oxuyur, bəziləri namaz qılır, bəziləri isə ziyarət edirdi. Birdən bir şir bizim yanımıza gəldi və bizdən bir nizə uzunluq məsafəsində dayandı aramızda olanlardan biri dedi: ‘Qəbrdən uzaqlaşın, görək bu heyvan nə edəcək.
Şir qəbrin üstünə getdi və yaralı qolunu qəbrin üzərinə qoydu! Yoldaşlarımızdan biri yaxınlaşıb bu mənzərəni gördü və geri dönərək bizə xəbər verdi.
Bizim qorxumuz keçdi və hamımız yaxınlaşıb gördük ki, şir yaralı qolunu qəbrə sürtür! Bu işi bir neçə dəfə təkrar etdi və sonra qəbrdən uzaqlaşdı.
Şir getdikdən sonra biz də ibadətimizə – Quran oxumağa, namaz qılmağa və ziyarət etməyə davam etdik.”
Mənbə: Fərhatul Ğəra əl-Qərri s. 49.