Most searched:

Ənvar Nəcəfiyyə İnstitutu

İmam Əli (ə) hərəminin Ənvar Nəcəfiyyə İnstitutunun Qadın tələbələrini qonaq etməsi

İmam Əli (ə) hərəmi, imam Məhdinin (ə.f.) doğum gününün ildönümünü ehtiramla qeyd etmək münasibətilə Ənvar Nəcəfiyyə İnstitutununda dini elm oxuyan xanımları qonaq edib.

İmam Əli (ə) hərəmi, imam Məhdinin (ə.f.) mübarək doğum gününün ildönümünü qeyd etmək münasibətilə təşkil olunan möhtəşəm mərasimdə Ənvar Nəcəfiyyə İnstitutununda dini elm oxuyan xanımları qonaq edib.

Bu mərasim 250 nəfər dini tələbənin geniş iştirakı ilə keçirilib və gənc tələbələr tərəfindən hazırlanmış proqramlar müxtəlif hissələri əhatə edib. Bunlara müqəddəs Quranın tilavəti, qısa dini nitqlər, ilahilər, həmçinin mədəni müsabiqələr daxil idi.

Ənvar Nəcəfiyyə İnstitutunun “əl-Hüda” bölməsinin rəisi xanım Əsra Sübhi xəbər mərkəzinə açıqlamasında bildirib: Bu mərasimin müxtəlif hissələrini təşkil etməkdə məqsəd, dini tələbələr arasında etiqadi maarifləndirməni dərinləşdirmək və onların imam Məhdi ilə bağlı dəyərlərlə əlaqəsini gücləndirməkdir. Bu da maarifli və təsirli bir dini şəxsiyyətin formalaşmasına kömək edir.

İmam Əli (ə) hərəminin qadınlar media bölməsinin rəisi xanım Əsra Təmimi vurğulayıb: İmam Əli (ə) hərəmi, qadınlar üçün məqsədyönlü fəaliyyətlərə xüsusi diqqət yetirir və həmişə gənc qızların dini və mədəni maarifləndirməsinin inkişafında və yüksəldilməsində təsirli rol oynayan tərbiyəvi proqramları dəstəkləməyə çalışır.

 

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir