Müqəddəs imam Əli (ə) hərəminin mühəndis heyətinin nəzarəti altında Rəsul küçəsindəki qovşağın inkişaf etdirilməsi
Müqəddəs imam Əli (ə) hərəminin mühəndisi və tikinti heyəti, Rəsul küçəsindəki yol istiqamətlərinin genişləndirilməsi layihəsinin icrasına başlayıb.
Mühəndis heyəti Rəsul küçəsindəki yararsız qovşağın, yol istiqamətlərinin genişləndirilməsi əməliyyatına imam Əli (ə) hərəminin mühəndis və tikinti işləri şöbəsinin nəzarəti altında başlayıb. Bu tədbir xidmət layihəsi çərçivəsində və infrastrukturun yaxşılaşdırılması, bu bölgədə zəvvarların hərəkətinin asanlaşdırılması məqsədilə həyata keçirilir.
Layihənin nəzarətçilərindən olan mühəndis Məhəmməd Riaz xəbər mərkəzinə açıqlamasında bildirib: İcra işləri hazırda gecənin son saatlarına qədər davam edir. Cari mərhələ torpağın hamarlanması və hazırlanması, ərazinin “spes” təbəqəsinin səpilməsi üçün hazır vəziyyətə gətirilməsini əhatə edir və bundan sonra ərazinin mahiyyətinə və xüsusiyyətlərinə uyğun olaraq səthlərə estetik gözəllik qatmaq işləri həyata keçiriləcək.
O əlavə edib: Əmirəl-möminin (ə) müqəddəs hərəminə daxil olan zəvvarların geniş iştirakını nəzərə alaraq, icra prosesinin daha sürətli, eyni zamanda ən yüksək keyfiyyət standartları qorunmaqla davam etdirilməsi zəruridir. Onun sözlərinə görə, mühəndis heyəti layihəni müəyyən edilmiş vaxt çərçivəsində tamamlamaq üçün əllərindən gələn səyi göstərirlər.
Bu tədbirlər, müqəddəs imam Əli (ə) hərəminin xidmət səviyyəsinin yüksəldilməsi və hərəminin ətrafındakı məkanların və qurğuların inkişaf etdirilməsi məqsədilə həyata keçirdiyi bir sıra layihələr çərçivəsində həyata keçirilir.




