Most searched:

İmam Əli (ə) hərəmi

İmam Əli (ə) hərəmi Nəcəf Əşrəfdəki hüseyni xeymələrə dəstəyini davam etdirir

 İmam Əli (ə) hərəmi ərzaq məhsulları, içməli su və digər zəruri ləvazimatlarla hüseyni xeymələrə göstərdiyi dəstəyi davam etdirir.

İmam Əli (ə) hərəmi Məhərrəmül-həram ayı münasibətilə həyata keçirdiyi xidmət proqramı çərçivəsində Hüseyni xeymələrə Dəstək Komitəsi vasitəsilə Nəcəf Əşrəfin qədim məhəllələrində və imam Əli (ə) hərəminin ətrafında fəaliyyət göstərən hüseyni xeymələrə xidmət və maddi-texniki dəstəyini davam etdirib.

Komitənin rəhbəri Əhməd Rikabi imam Əli (ə) hərəminin xəbər mərkəzinə açıqlamasında bildirib:

Xeymələr ərzaq məhsulları, içməli su və digər zəruri ləvazimatlarla, o cümlədən xalça və döşəmə örtükləri ilə təmin edilib. Həmçinin zəvvarlara və əzadarlara göstərilən xidmətlərin daha da gücləndirilməsi məqsədilə onlara lazımi maddi və mənəvi dəstək göstərilib.

Qeyd edək ki, imam Əli (ə) hərəminin hərəm rəisinin müavini İhsan ət-Tainin rəhbərlik etdiyi, həmçinin idarə heyətinin bir qrup üzvünün iştirak etdiyi nümayəndə heyəti Nəcəf şəhərinin qədim məhəllələrində fəaliyyət göstərən bir sıra hüseyni xeymələrə yerində baxış keçirib.

Səfər zamanı nümayəndə heyəti xeymə məsullarının irəli sürdüyü təklif və fikirləri də dinləyərək müzakirə edib.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir