İmam Əli (ə) hərəmi, Quran proqramlarının idarə olunması mövzusunda xüsusi təlim keçirib. Hərəmin Strateji Planlaşdırma və İnkişaf Mərkəzinin “Nəzm” bölməsinə tabe olan İmam Həsən (ə) Bacarıq İnkişafı Şəhərciyində təşkil olunan bu kursda İraqın müxtəlif bölgələrindən Quran qurumlarının rəhbərləri iştirak edib.
Təhsil şöbəsinin rəhbəri Həsən Heydər, xəbər mərkəzinə bildirib: Bu kursda 60 Quran qurumu təmsil olunur. Təlimin məqsədi bu sahədə çalışanların bacarıqlarını artırmaq, Quran proqramlarının təşkili və idarə olunması səviyyəsini yüksəltməkdir. Kurs qurumsal iş tələblərinə uyğun hazırlanıb.
O əlavə edib: Bu təlim proqramı hərəmin İntellektual və Mədəni İşlər Bölməsinə tabe olan Darül-Quran və Möhsün Mərkəzinin əməkdaşlığı ilə keçirilib. Proqramda Quran proqramlarının idarə olunması, əvvəlcədən planlaşdırma, tədbirlərin media vasitəsilə idarə edilməsi, həmçinin Quran fəaliyyətlərinin təşviqi metodları kimi vacib mövzular yer alıb.
Bu, hərəmin Strateji Planlaşdırma və İnkişaf Mərkəzinin “Nəzm” bölməsi tərəfindən Quran qurumlarını dəstəkləmək, onların gücləndirilməsinə kömək etmək və cəmiyyətdə Quran mədəniyyətinin yayılmasında rollarını artırmaq məqsədilə keçirilən ikinci kursdur.





