İmam Əli (ə) hərəminin Elm və Mədəniyyət İşləri Bölməsinə tabe olan Darul-Quran (Quran Evi), mübarək Şəban ayında nurani ulduzların doğum günlərinin bərəkəti və xeyir-duası naminə İmam Əli (ə) hərəminin səhnində (həyətində) Quran məclisi təşkil etdi. Bu məclis İraq daxilindən və xaricindən bir qrup beynəlxalq Quran qarisinin iştirakı ilə keçirildi.









