Həzrəti İmam Əlinin (ə) müqəddəs hərəminin Dini İşlər Bölməsinə bağlı Təbliğat şöbəsi mübarək Rəcəb ayında Əmirəlmumininin (ə) mövludu həftəsi ilə eyni vaxtda başlamış “İmam Əli müsabiqəsi”nə həsr olunmuş elektron püşkatmanı İraqın daxılindən və xaricindən geniş maraq və iştirakla həyata keçirdi.
Dini Təbliğat Bölməsinin məsul şəxsi Hani Kənani, Xəbər Mərkəzinə verdiyi açıqlamada bildirib:
“Bu müsabiqə 25 sualdan ibarət idi və Əmirəlmöminin (əleyhissəlam) həyatının mühüm mərhələlərini, Onun məqam və fəzilətlərini, həmin Həzrətin imamətinin dəlillərini, eləcə də İslamın müdafiəsində və onun əsl prinsip və dəyərlərinin möhkəmləndirilməsində oynadığı öncü rolu əhatə edirdi.”
Kənani əlavə edib:
“Bu müsabiqə İnformasiya Texnologiyaları Mərkəzi ilə əməkdaşlıq çərçivəsində keçirildi və geniş iştirakla müşayiət olundu. Belə ki, 21-dən çox ölkədən 6 min 500-dən artıq şəxs müsabiqədə iştirak etdi. Bu isə İmam Əlinin (ə) müqəddəs hərəminin məqsədyönlü proqramlarına cəmiyyət tərəfindən göstərilən yüksək maraq və qarşılıqlı əlaqənin göstəricisidir.”
Qeyd edək ki, müsabiqənin təşkilatçıları vurğulayıblar ki, bu geniş maraq Əhli-beyt (əleyhimussəlam) mədəniyyətinin təbliği istiqamətində müasir elektron vasitə və üsullardan istifadə olunmasına İmam Əlinin (ə) müqəddəs hərəminin göstərdiyi diqqətin göstəricisidir.