Most searched:

İmam Əli (ə) hərəmi

İmam Əli (ə) hərəmi tərəfindən Bağdadda elmi və ixtisaslaşmış Quran seminarları təşkil olunub

İmam Əli (ə) hərəmi İraqın Bağdad vilayətində elmi və ixtisaslaşmış Quran seminarları keçirir.

İmam Əli (ə) hərəmində fəaliyyət göstərən Darül-Quran bölməsi Quran və elmi proqramları çərçivəsində mədəniyyət müəssisələri ilə əməkdaşlıq edərək, Quran sahəsində fəaliyyət göstərən şəxslərin Quran biliklərini, elmi səviyyələrini və maarifləndirilməsini artırmaq məqsədilə Bağdad şəhərində bir neçə ixtisaslaşmış seminar təşkil edib.

İmam Əli (ə) hərəminin Darül-Quran bölməsinin məsulu Əla Möhsün Xəbər Mərkəzinə verdiyi müsahibədə bildirib:

“Bu seminarlardan biri «İnma» mədəniyyət müəssisəsi ilə əməkdaşlıq çərçivəsində, Şəəb bölgəsində yerləşən Darül-Quran bölməsində keçirilib. Seminarda Quran fəaliyyəti sahəsində peşə etikası mövzusu müzakirə olunub və doktor Seyid Sadiq Mürəvvic çıxış edib”.

O əlavə edib: “Digər seminar İraqın Qari və Quran Fəalları İttifaqının Rəsafə şöbəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Həmçinin Quran müəllimləri üçün doktor Seyid Hüseyn Həkimin iştirakı və çıxışı ilə elmi və ixtisaslaşmış seminar keçirilib. Seminarda Quran tədrisi sahəsində müəllimlərin bilik və təcrübələrinin artırılmasına, eləcə də bacarıqlarının gücləndirilməsinə töhfə verən elmi və ixtisaslaşmış məsələlərə diqqət yetirilib”.

Bu seminarlar İmam Əli (ə) hərəminin Darül-Quran bölməsinin İraqın müxtəlif vilayətlərində həyata keçirdiyi proqramlar çərçivəsində təşkil olunur. Bu proqramlarda hövzə elminin dəyərli biliklərindən bəhrələnməyə xüsusi diqqət yetirilir. Elmi və ixtisaslaşmış seminarların əsas hədəf auditoriyasını Quran müəllimləri və tədrisçiləri təşkil edir.

İmam Əli (ə) hərəminin Darül-Quran bölməsi bu proqramları həyata keçirməklə Quran mədəniyyətinin yayılması, Quranın əsil dəyərlərinin möhkəmləndirilməsi, bu sahədə fəaliyyət göstərən şəxslərin bacarıqlarının artırılması və Qurani-Kərimin cəmiyyətdəki mövqeyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirir.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir