Most searched:

İmam Əli (ə)

İmam Əli (ə) hərəmində Bəni-Haşim əqiləsinin mövluduna həsr olunmuş Quran məclisinin keçirilməsi

İmam Əli (ə) hərəminin Darül-Quran bölməsi Həzrət Zeynəbin (s.ə) mövludu münasibətilə İmam Əli (ə) hərəmində Quran məclisi təşkil edib.

Bəni-Haşim əqiləsi Həzrət Zeynəb Kübranın (s.ə) mübarək mövlud ildönümü münasibətilə keçirilən “Əqilə həftəsi” proqramları çərçivəsində, İmam Əli (ə) hərəminin intellektual və mədəni işlər şöbəsinə tabe olan Darül-Quran bölməsi İraqın daxilindən və xaricindən gəlmiş bir qrup beynəlxalq qarinin iştirakı ilə İmam Əli (ə) hərəmində Quran məclisi təşkil edib.

Darül-Quran bölməsinin rəhbəri Əla Muhsin xəbər mərkəzinə müsahibəsində bildirib: “Bu məclis “Əqilə həftəsi” (s.ə) proqramları çərçivəsində keçirildi və müxtəlif Quran bölmələrini əhatə etdi. Həmçinin bu mübarək mövlud münasibətilə məclisdə iştirak edən zəvvarlar arasında təbərük hədiyyələri paylandı.”

İmam Əli (ə) hərəmi həmişə peyğəmbərin pak Əhli-beytinin (ə) mübarək mövlud ildönümlərinin qeyd olunmasına xüsusi önəm verir, Quran məclisləri və proqramları təşkil etməklə Quran mədəniyyətinin yayılması və onun zəvvarlar arasında mövqeyinin gücləndirilməsi istiqamətində addımlar atır.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir