İmam Əli, Hüseyn, Abbas, Kazımeyn və Həsən Əskəri (ə) müqəddəs hərəmlərinin nümayəndələrinin iştirakı ilə Nəcəfi-əşrəf elmi mədrəsəsinin minilliyi layihəsinin birinci əlaqələndirmə iclasına ev sahibliyi edib.
Bu iclas qarşıdakı mədəni və elmi tədbirlərin keçirilməsi üçün proqramların hazırlanması, vəzifələrin bölgüsü və ilkin hazırlıqların görülməsi məqsədilə keçirilib; elə tədbirlər ki, Şeyx Tusi (qüddəsə sirruhu) Nəcəfi-əşrəfə daxil olmasının minilliyinin qeyd edilməsi layihəsi çərçivəsində baş tutacaq.
Birgə əməkdaşlıq
İmam Əli (ə) hərəminin nizam-intizam mərkəzinin rəhbəri Visam İsgəndər hərəmin xəbər mərkəzinə verdiyi açıqlamada bildirib: “Birinci əlaqələndirmə iclası İmam Əli (ə) hərəminin dəvəti və müqəddəs ocaqların əlaqələndiricilərinin iştirakı ilə keçirildi. Bu iclas elmi mədrəsənin minilliyinin qeyd edilməsi proqramlarının başlanması ilə eyni vaxta təsadüf etdi.”
O izah edib ki, bu iclasda nəzərdə tutulmuş tədbirlər müzakirə olunub və lazımi planlaşdırmalar həyata keçirilib. Həmçinin avadanlıq ehtiyacları müzakirə edilib və lazımi əlaqələndirməni gücləndirmək və tədbirlərin həyata keçirilməsi üçün ilkin hazırlıqları təmin etmək məqsədilə iştirak edən müqəddəs ocaqlar arasında vəzifə və məsuliyyətlər bölüşdürülüb.
O əlavə edib: “İştirakçılar hər birinin başlanma vaxtını və cədvəlini müəyyən edən tədbirlərin hərtərəfli bələdçisinin hazırlanması barədə razılığa gəldilər. Həmçinin planlaşdırmalar üçün lazımi əlaqələndirməni artırmaq və nəzərdə tutulmuş fəaliyyətlərin izlənilməsini asanlaşdırmaq məqsədilə bu proqramlarda iştirak üçün dəvətnamələrin tərtib olunması qərara alındı.”
Strateji baxış
İmam Hüseyn (ə) hərəminin intellektual (fikri) işlər şöbəsinin rəhbəri Şeyx Əli əl-Qəraəvi bu layihənin Şeyx Tusinin Nəcəfi-əşrəfə daxil olmasının minilliyini qeyd etmək üçün genişmiqyaslı təşəbbüskar kimi əhəmiyyətini vurğulayıb.
O qeyd edib ki, belə bir tədbirin keçirilməsi gələcəyə baxış bucağına, müqəddəs ocaqlar və elmi-mədəni qurumlar arasında əlaqələndirməyə malik olmağı tələb edir.
O izah edib ki, məsləhətləşmələr strateji proqramların hazırlanması və bu layihə üçün xüsusi tədqiqatların aparılması istiqamətində bir yanaşmanın formalaşmasına səbəb olub; bu tədbirlər proqramların müəyyən edilməsi və iştirakçı qurumlar arasında ortaq baxışların formalaşdırılması üçün növbəti iclasların keçirilməsinə zəmin yaradacaq.
Müxtəlif istiqamətlər
Həzrət Abbas (ə) hərəminin ali irs institutunun direktoru doktor Seyid Əbdülhəkim əs-Safi bildirib: “Əlaqələndirmə komitələri elmi mədrəsənin minilliyinin qeyd edilməsinin elmi, mədəni, intellektual, sosial və irsi aspektlərini əhatə edən əsas istiqamətlər dəstəsini müzakirə etdilər. Həmçinin elmi mədrəsənin cəmiyyətə təsiri və onun digər elmi mərkəzlərlə elmi əlaqələri araşdırıldı.”
O əlavə edib ki, bu iclasda həmin istiqamətlər üzrə fəaliyyətin ilkin çərçivələri müəyyən edilib və hər bir istiqamətə aid proqramların izlənilməsi üçün ixtisaslaşmış komitələr yaradılıb. Onun sözlərinə görə, gələcək proqramlar mədəni tədbirləri, elmi konfransları və Nəcəfi-əşrəf elmi mədrəsəsinin tarixi və mərifət rolunu əks etdirən müxtəlif fəaliyyətləri əhatə edəcək.
Nəcəfi-əşrəfin mövqeyi
Seyid Əbdülhəkim həmçinin qeyd edib ki, İmam Əli (ə) hərəmi bu layihənin irəli aparılmasında və dəstəklənməsində mühüm rol oynayır; çünki Nəcəfi-əşrəf şəhəri tarix və dini simvollar baxımından xüsusi mövqeyə malikdir. Bu şəhər Əmirəl-möminin (ə) hərəfinə ev sahibliyi etməklə yanaşı, dini elm və maarifin yayılmasında elmi mədrəsənin keçmişi və mövqeyi ilə qədimdən bağlıdır.
Bu iclaslar müqəddəs ocaqlar, elmi və mədəni qurumlar arasında əməkdaşlığı genişləndirmək məqsədilə keçirilir ki, Nəcəfi-əşrəf elmi mədrəsəsinin minilliyinin qeyd edilməsinin yekun proqramı hazırlansın və bu mədrəsənin mövqeyinin daha yaxşı tanıdılması və onun min ildən artıq olan elmi irsinin dirçəldilməsi üçün zəmin yaransın.













