İmam Əli (ə) mərkəzi tərəfindən Nəcəf əyalətində ehtiyac sahibi şagirdlər arasında məktəb geyimlərinin paylanması, İmam Əli (ə) hərəminin bu həssas təbəqəyə göstərdiyi diqqətin təzahürüdür.
İmam Əli (ə) mərkəzi yetimlərə, ehtiyac sahiblərinə və əlilliyi olan şəxslərə dəstək olmaq məqsədilə Nəcəfi Əşrəf əyalətindəki qayğı mərkəzlərində məskunlaşan şagirdlər üçün məktəb geyimlərinin paylanması üzrə xüsusi bir layihə icra edib.
Mərkəzin xidmətçilərindən Kərrar Hadi Kazım xəbər mərkəzinə verdiyi müsahibədə bildirib: “Bu layihə əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş beşdən çox mərkəzi əhatə edib. Hər mərkəzdə 120-dən çox şagird tam məktəb geyimi ilə təmin olunub.”
O əlavə edib: “Bu əşyaların paylanması prosesi bütün hədəf mərkəzlərinin əhatə olunması üçün yeddi gündən çox davam edəcək. Bizim bu addımdan əsas məqsədimiz bu əziz şagirdlər arasında sevinc və şövq yaratmaqdır.”
Əlil şəxslərə dəstək idarəsindən Əmir Qəzvini İmam Əli (ə) hərəminin davamlı dəstəyini və ata qayğısını yüksək qiymətləndirərək vurğulayıb ki, bu xidmətlər əlilliyi olan şəxslərin ruh halının yaxşılaşdırılmasına və onlarda şövqün yaranmasına böyük təsir göstərir.
O, bu xeyir işlərin davamlı olmasını arzulayaraq, cəmiyyətin bu həssas təbəqəsinə diqqətin davam etdirilməsinə çağırıb.
İmam Əli (ə) hərəmi bu insani təşəbbüsləri icra etməklə, əlilliyi olan şəxslərin əsas ehtiyaclarının təmin edilməsi və onların cəmiyyətdəki sosial mövqelərinin gücləndirilməsi istiqamətində öz dəstək strategiyasını bir daha vurğulayır.

