İmam Əli (ə) müqəddəs ziyarətgahının nümayəndə heyəti Qum şəhərində mərhum alim, Seyid Musa Şübeyri Zəncaninin anım mərasimində iştirak edib.
İmam Əli (ə) müqəddəs ziyarətgahının nümayəndə heyəti müqəddəs Qum şəhərində keçirilən mərhum mərcəyi-təqlid, Seyid Musa Şübeyri Zəncaninin anım məclisində iştirak edərək mərhumun ailəsinə və hövzeyi-elmiyyəyə başsağlığı və həmrəyliklərini çatdırıb.
Nümayəndə heyətinin tərkibində İmam Əli (ə) müqəddəs ziyarətgahının idarə heyətinin üzvü Heydər əl-İsəvi, dini məsələlər şöbəsinin nümayəndəsi Şeyx Əbdüssadə əl-Cabiri, fikir və mədəniyyət məsələləri şöbəsinin nümayəndəsi Əmmar Maşaəllah və ziyarətgahın ictimaiyyətlə əlaqələr şöbəsinin bir sıra xidmətçiləri yer alıb.



