İmam Əli (ə) hərəmi inzibati fəaliyyətin inkişaf etdirilməsi və təşkilati işin gücləndirilməsi məqsədilə yüksək səviyyəli rəhbərlər üçün təlim proqramına başlayıb.
İmam Əli (ə) hərəminin rəhbəri Seyid İsa əl-Xarsanın iştirakı ilə müxtəlif şöbələrin rəhbərləri ilə toplantı keçirilib. Toplantıda «Peşəkar idarəetmə» proqramı müzakirə olunub.
Bu proqram şöbə rəhbərlərinin, müavinlərin və əsas idarəetmə bölmələrinin məsul şəxslərinin bacarıqlarının artırılması, həmçinin onların inzibati və peşəkar fəaliyyət səviyyəsinin yüksəldilməsi məqsədilə hazırlanıb.
«Nizam» Planlaşdırma və İnkişaf Mərkəzinin rəhbəri Visam İsgəndər xəbər mərkəzinə açıqlamasında bildirib: «Bu toplantıda proqramın tədris mövzuları hərtərəfli nəzərdən keçirildi. Həmçinin proqramın icra müddəti və təlim məzmununu təqdim edəcək müəllimlərin təcrübəsi barədə məlumat verildi».
O əlavə edib: «Bu proqram xidmət göstərmə səviyyəsinin yüksəldilməsi və yüksək səviyyəli rəhbərlərin səmərəliliyinin artırılması, eləcə də müxtəlif şöbələr arasında vahid iş dilinin formalaşdırılması məqsədilə həyata keçirilir. Bu isə baxışların vahidləşdirilməsinə və təşkilati fəaliyyət mexanizmlərinin inkişafına kömək edəcək».
O, həmçinin qeyd edib ki, bu proqram sistemli texniki-iqtisadi əsaslandırma araşdırmaları əsasında hazırlanmış yeni layihələrin təqdimatını da əhatə edir.
İmam Əli (ə) hərəminin rəhbəri isə bildirib ki, bu proqram beynəlxalq proqramlardan biri olmaqla, qlobal səviyyədə etibarlı və beynəlxalq miqyasda tanınan proqramlar sırasındadır.





