Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin birinci rəvayəti münasibətilə İmam Əli (ə) hərəminin mütəvəllisinin iştirakı ilə xadimlərin əzadarlıq mərasimi keçirildi.
İmam Əli (ə) hərəmi, iki dünyanın xanımı Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin birinci rəvayəti ilə əlaqədar əzadarlıq mərasimi təşkil edib. Bu mərasimdə İmam Əli (ə) hərəminin mütəvəllisi Seyid İsa əl-Xorsan və hərəmin müxtəlif bölmələrindən olan bir qrup xadim iştirak edib.
İmam Əli (ə) hərəmi xadimlərinin əzadarlıq dəstəsi Həzrət Ummul-Bənin (s.ə) səhnindən müqəddəs İmam Əli (ə) hərəminin mütəhər səhninə doğru hərəkət edib. İştirakçılar şüarlar səsləndirərək və mərsiyələr oxuyaraq bu ürəkyandıran müsibəti yad edib və Əmirəlmöminin Əli (ə)-a başsağlığı veriblər.










