İmam Əli (ə) hərəminin mütəvəllisi Qum elmi hövzəsindən olan nümayəndə heyəti ilə görüşdə «Nəcəf-əşrəf elmi hövzəsinin minilliyi» proqramlarını izah etmişdir.
İmam Əli (ə) hərəminin mütəvəllisi Seyyid İsa əl-Xərsan, Əmirəmmünəsin (ə) qonaqxanasında Qum elmi hövzəsinin fəzilətli şəxslərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.
Bu görüşdə «Nəcəf-əşrəf elmi hövzəsinin minilliyi» ilə bağlı bir sıra məsələlər, həmçinin İraq daxilində və xaricində bu münasibətlə keçirilməsi nəzərdə tutulan proqram və tədbirlər müzakirə olunmuşdur.
Ötən növbədə, nümayəndə heyəti İmam Əli (ə) hərəmi tərəfindən «Elmi hövzənin minilliyi» layihəsinin hazırlanması və rəsmi elanı istiqamətində göstərilən səylərə görə minnətdarlığını bildirmişdir.
Həmçinin səfər edən nümayəndə heyəti Nəcəf-əşrəf elmi hövzəsinin məqamını, elmi, intellektual irsini və tarix boyu oynadığı sosial rolunu əks etdirən bu layihə ilə birlikdə olan proqram və tədbirləri yüksək qiymətləndirmişlər.
Qeyd etmək lazımdır ki, İmam Əli (ə) hərəmi «Elmi hövzənin minilliyi» mərasimini gələcək nəsillərin dini şüurunun gücləndirilməsi, islam kimliyinin qorunub saxlanılması və Nəcəf-əşrəf elmi hövzəsinin min il ərzində formalaşmış elmi və mərifət irsinin tanıdılması məqsədi daşıyan layihə çərçivəsində keçirmişdir.







