Most searched:

İmam Əli (ə) hərəmi

İmam Əli (ə) hərəminin Samirra zəvvarlarına xidmət göstərməsi

İmam Əli (ə) hərəmi İmam Həsən Əskərinin (ə) şəhadət ildönümü münasibətilə Samirrada zəvvarlara xidmət göstərib.

İmam Əli (ə) hərəminin Zəvvarların Qonaq Evi bölməsi bu hərəmin xidmət karvanı çərçivəsində İmam Həsən Əskərinin (ə) şəhadət ildönümü münasibətilə keçirilən matəm mərasimlərində iştirak etmək üçün Samirra şəhərinə gələn zəvvarları qəbul etməyə başlayıb.

Qonaq Evi bölməsinin rəhbəri Əsir Təmimi xəbər mərkəzinə verdiyi açıqlamada bildirib: «Samirra şəhərinə daxil olduqdan dərhal sonra İmam Əskəri (ə) və İmam Hadi (ə) hərəminin Qonaq Evi bölməsindəki qardaşlarımızla əməkdaşlıq və koordinasiya edərək zəvvarların qəbulu üçün müxtəlif yeməklərin hazırlanmasına başladıq».

O əlavə edib: «Samirrada zəvvarlara xidmət proqramı ziyarət mərasiminin sonunadək davam edəcək. Bu proqram səhər yeməyi, nahar və şam olmaqla üç əsas qida qəbulunu, həmçinin ara yeməkləri əhatə edir. Ümumilikdə gündə 15 min porsiya yemək təqdim olunacaq».

Qeyd edək ki, İmam Əli (ə) hərəminin rəhbərliyi Samirra şəhərinə xidmət karvanının təşkili və göndərilməsi üçün komitə yaradılması barədə göstəriş verib. Bu xidmət karvanı İmam Əli (ə) hərəminin müxtəlif bölmələrinin iştirakı ilə zəvvarlara müxtəlif xidmətlər göstərir.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir