İmam Əli (ə) hərəminin Qadınlar üzrə İşlər Bölməsi Peyğəmbəri-Əkrəmin (s) şəhadətinin ildönümü münasibətilə qadın zəvvarlara xidmət göstərmək məqsədilə xüsusi xidmət və nizam-intizam proqramını həyata keçirir.
İmam Əli (ə) hərəminin Qadınlar üzrə İşlər Bölməsi Peyğəmbəri-Əkrəmin (s) şəhadətinin ildönümü münasibətilə Əmirəl-möminin Həzrət Əlinin (ə) müqəddəs hərəminə ziyarət üçün gələnlərə xidmət göstərmək məqsədilə özünəməxsus xidmət və nizam-intizam proqramının icrasına başlayıb.
Bu proqram müqəddəs Nəcəfi-Əşrəf şəhərinə gələn çoxsaylı qadın zəvvarların qarşılanması və onlara müxtəlif xidmətlərin göstərilməsi məqsədilə həyata keçirilir.
Qadınlar üzrə İşlər Bölməsinin məsulu Rəmələ əl-Xəzai xəbər mərkəzinə verdiyi müsahibədə bildirib: «Xidmət işləri və nizam-intizam üzrə iki bölmənin xidmətçiləri bu proqramın həyata keçirilməsində iştirak edir və 300-dən çox qadın xidmətçi də onlara dəstək göstərir. Proqrama Həzrət Zəhra (s.ə.) həyətindəki salonların açılması, həyətdə istirahət yerlərinin hazırlanması, həmçinin 14 sanitar qovşağın istifadəyə verilməsi daxildir».
O əlavə edib: «Mühafizə bölməsi də müqəddəs İmam Əli (ə) hərəminin daxilində hərəkətin tənzimlənməsi məqsədilə yeni giriş və keçid yollarının açılmasına başlayıb. Bu tədbir dəqiq hazırlanmış proqram əsasında həyata keçirilir və məqsəd qadın zəvvarların giriş-çıxışını asanlaşdırmaq və onların rahat hərəkətini təmin etməkdir».
Qeyd edək ki, İmam Əli (ə) hərəmi bu münasibətlə zəvvarlara və əzadarlara ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün imkanlarını və xidmət bölmələrinin potensialını səfərbər edib.















