İmam Əli (ə) hərəmi Peyğəmbəri-Əkrəmin (s) şəhadətinin ildönümü münasibətilə təxminən 2 min 500 könüllü xidmətçinin iştirakı ilə xidmət sahələrini gücləndirib.
İmam Əli (ə) hərəmi Peyğəmbəri-Əkrəmin (s) şəhadətinin ildönümü münasibətilə hazırlıq planı və Əmirəl-möminin həzrət Əlinin (ə) ziyarətçilərinə ən yüksək səviyyədə xidmət göstərilməsi çərçivəsində xidmət və ixtisaslaşmış bölmələrini təxminən 2 min 500 könüllü xidmətçinin iştirakı ilə gücləndirib.
Könüllü xidmətçilər üzrə xüsusi Qənbər Mərkəzinin rəhbəri Əhməd əz-Zurqani xəbər mərkəzinə verdiyi müsahibədə bildirib: «Dəstək planı bir sıra bölmə, mərkəz və aidiyyəti strukturları əhatə edib. Bunların sırasında mühafizə bölməsi, xidmət işləri bölməsi, Rəsulullah əl-Əzəm (s) Tibb Mərkəzi, qadınlar üzrə işlər bölməsi, ziyarətçilərin qonaq evi bölməsi və itkin düşmüş şəxslər üçün məlumat mərkəzini qeyd etmək olar. Həmçinin Rəsulullah əl-Əzəm (s) Tibb Mərkəzinin gücləndirilməsi məqsədilə ixtisaslaşmış tibbi heyət də ayrılıb».
Bu mərkəz vahid informasiya sistemi, təşkilatlanmış dəstək və lazımi avadanlıqlar vasitəsilə könüllü xidmətçilərin ehtiyac duyduğu imkanları təmin edir. Bu imkanlara istirahət yerləri, yeməklər, xüsusi geyim və vahid vizual kimlik daxildir. Həmçinin könüllü xidmətçilərə vəzifələrini yerinə yetirmələri üçün şəxsiyyət vəsiqələri və digər zəruri ləvazimatlar təqdim olunur.







