İmam Əlinin (ə) hərəmi İslam Peyğəmbəri həzrət Məhəmmədin (sallallahu əleyhi və alih) şəhadətinin ildönümü ilə eyni vaxtda təxminən 5 milyon zəvvarın geniş iştirakı ilə izdihamlı günlər yaşadı. Zəvvarlar bu böyük müsibətlə bağlı əzadarlıq etmək və Möminlərin əmirinə (ə) başsağlığı vermək üçün Onun (ə) müqəddəs hərəminə ziyarətə gəldilər.
Açıqlanan statistikaya əsasən, çoxsaylı Peyğəmbər (s) əzadarları və əvvarlardan ibarət izdiham müxtəlif matəm mərasimləri keçirərək Xatəmül-Ənbiya Peyğəmbərin (sallallahu əleyhi və alih) şəhadətinin ildönümünü yad etdilər.