Most searched:

Ərbəin günləri

Ərbəin günlərində qadın zəvvarların hərəkətinin tənzimlənməsi layihəsi İmam Əli (ə) hərəmi tərəfindən həyata keçirilir  

İmam Əli (ə) hərəminin Qadınlar İşləri Bölməsi Ərbəin günlərində qadın zəvvarların rahat və nizamlı hərəkətini idarə edir.

İmam Əli (ə) hərəminin Qadınlar İşləri Bölməsi, uğurla həyata keçirdiyi təşkilati proqram çərçivəsində həzrət Əmirəlmöminin Əlinin (ə) pak hərəmini ziyarət edən qadın zəvvarların hərəkətinin idarə olunmasını davam etdirir. Zəvvarların giriş və çıxışı üçün xüsusi marşrutların ayrılması sayəsində bu proqram Ərbəin ziyarəti günlərində hərəkətin rahatlaşdırılması və qadın zəvvarların təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Qadınlar İşləri Bölməsinin rəhbəri Rəmlə əl-Xüzai hərəmin Xəbər Mərkəzinə açıqlamasında deyib:

“Bu bölmə dəstəkçi qurumlarla koordinasiya şəraitində və imam Əli (ə) hərəminin rəhbərliyinin daimi nəzarəti altında qadın zəvvar qruplarının istiqamətləndirilməsi və hərəkətinin təşkili üçün əvvəlcədən hazırlanmış nizamlı marşrutlar müəyyən edib. Bu addım zəvvarların müqəddəs hərəmə çıxışını asanlaşdırmaqla yanaşı, milyonlarla zəvvarın iştirakı nəticəsində yaranan sıxlığın qarşısını alır. Həmçinin istiqamətləndirmə və nizam-intizam sahəsində ixtisaslaşmış qadın əməkdaşların cəlb edilməsi ilə zəvvarlara layiqli xidmət göstərilir.”

O əlavə edib:

“Bu proqramın icrası müqəddəs hərəm və həzrət Fatimeyi-Zəhra (s.ə) həyətində zəvvarların hərəkətini daha rahat edib. Eyni zamanda əsas qapılar və Heydəri müqəddəs həyətinə aparan küçələr vasitəsilə zəvvarların giriş-çıxışı nizamlı şəkildə idarə olunur. Bu uğur bölmənin bütün şöbə və bölmələrində fəaliyyət göstərən qadın xidmətçilərin geniş və fədakar səylərinin nəticəsidir.”

Qeyd edək ki, İmam Əli (ə) hərəmi özünün bütün bölmələrinin imkanlarını səfərbər edərək, Kərbəla istiqamətində Ərbəin mərasimində iştirak etmək üçün yola çıxan və həzrət Əmirəlmöminin Əlinin (ə) pak hərəmini əsas dayanacaq seçən zəvvarlara xidmət göstərməkdə davam edir.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir