İmam Əli (ə) hərəminin “Xeybər Pəhləvanı” xidmət məntəqəsi hər gün Ərbəin zəvvarları arasında 30 mindən çox yemək paylayır.
İmam Əli (ə) hərəmi “Xeybər Pəhləvanı” xidmət məntəqəsi vasitəsilə İmam Hüseynin (ə) Ərbəin mərasimində iştirak etmək üçün müqəddəs Kərbəlaya yollanan zəvvarlara qonaqpərvərlik xidmətini davam etdirir. Bu xidmətlər hərəmin Ərbəin günləri üçün hazırladığı geniş xidmət proqramı çərçivəsində həyata keçirilir.
Xidmət məntəqəsinin məsulu Bəşşar ər-Rəmahi İmam Əli (ə) hərəminin Xəbər Mərkəzinə bildirib:
“İmam Əli (ə) hərəminin müxtəlif şöbələrinin xidmətçiləri, Zəvvar Qonaq Evi şöbəsi ilə əməkdaşlıq edərək hər gün fasiləsiz şəkildə üç əsas yemək – səhər yeməyi, nahar və şam yeməyi hazırlayaraq zəvvarlara təqdim edirlər.”
O əlavə edib:
“Hər gün paylanan yeməklərin sayı 30 mindən çoxdur. Zəvvarların sayının artması ilə bu rəqəmin daha da artırılması üçün bütün imkanlar mövcuddur.”
Bəşşar ər-Rəmahi vurğulayıb ki, bu xidmətlər Səfər ayının 20-dək davam etdiriləcək ki, zəvvarların bütün ziyarət günləri ərzində ehtiyacları tam şəkildə təmin olunsun.
Qeyd edək ki, İmam Əli (ə) hərəmi milyonlarla zəvvara ən yüksək səviyyədə xidmət göstərmək məqsədilə bütün insan resurslarını, texniki imkanlarını və xidmət potensialını səfərbər edib. Bu xidmətlər Əmirəlmöminin həzrət Əlinin (ə) qonaqpərvərlik və insanlara xidmət ənənəsinin parlaq təzahürüdür.






