İmam Əli (ə) hərəminə bağlı Miqdad mətbəxi hər gün Ərbəin zəvvarları arasında 130 mindən çox təbərrük yeməyi paylayır.
İmam Əli (ə) hərəmi Ərbəin günləri üçün hazırladığı xidmət proqramı çərçivəsində Miqdad mətbəxi vasitəsilə zəvvarlara qida xidmətini davam etdirir.
Bu mətbəxdə hər gün səhər yeməyi, nahar və şam yeməyi hazırlanaraq zəvvarlara təqdim olunur. Səfər ayının əvvəlindən indiyədək ümumilikdə 1 milyon porsiyadan çox yemək zəvvarlar arasında paylanılıb. Bu xidmət İmam Əli (ə) hərəminin milyonlarla Əmirəlmöminin Həzrət Əlinin (ə) zəvvarına ən yüksək səviyyədə xidmət göstərmək istiqamətində həyata keçirdiyi proqramın bir hissəsidir.
İmam Əli (ə) hərəminin Xəbər Mərkəzinə danışan Miqdad mətbəxinin xidmətçilərindən Müslim əl-Həllu bildirib:
“Qonaqpərvərlik xidmətinə ilk günlərdə gündəlik təxminən 10 min nahar paylanılması ilə başlanıldı. Sonradan bu rəqəm tədricən artaraq gündə 60–70 min nahara çatdı. Bundan əlavə, hər gün təxminən 60 min şam yeməyi də hazırlanaraq zəvvarlara təqdim olunur. Xidmət proqramı Səfər ayının ilk günündən artan templə davam edir, Ərbəin gününədək və ondan sonra da Həzrət Peyğəmbərin (s) şəhadəti ildönümünə qədər fasiləsiz şəkildə davam edəcək.”
Bu fəaliyyətlər İmam Əli (ə) hərəminin Ərbəin zəvvarlarını qarşılamaq və onlara xidmət göstərmək məqsədilə həyata keçirdiyi geniş qonaqpərvərlik və xidmət proqramının bir hissəsidir. Bu proqram milyonlarla zəvvarın iştirak etdiyi ziyarət günlərində hərəmin yüksək hazırlıq səviyyəsini, dəqiq planlaşdırmasını və güclü icra imkanlarını nümayiş etdirir.










