Most searched:

Ərbəin

İmam Əli (ə) hərəmi tərəfindən «İmam Həsən Müctəba (ə)» qonaq qəbul mərkəzi fəaliyyətə başlayıb

İmam Əli (ə) hərəmi Ərbəin günlərində «İmam Həsən Müctəba (ə)» qonaq qəbul mərkəzini istifadəyə verib.

İmam Əli (ə) hərəmi Zəvvarların Qonaq Evi bölməsinin vasitəsilə Ərbəin zəvvarlarına xidmət göstərmək məqsədilə «İmam Həsən Müctəba (ə)» qonaq qəbul mərkəzini fəaliyyətə başlayıb.

Bu tədbir Ərbəin yürüşünü həyata keçirmək üçün müqəddəs Kərbəlaya doğru yola düşməzdən əvvəl Nəcəfi-Əşrəfə gələn zəvvarların sayının əhəmiyyətli dərəcədə artdığı bir vaxta təsadüf edir.

Mərkəzin məsulu Səccad Nəbil Xəbər Mərkəzinə verdiyi müsahibədə bildirib: «Hərəmin müxtəlif bölmələrindən olan bir qrup xidmətçi qonaqlıq süfrələrinin hazırlanması və paylanması şərəfini öz üzərinə götürüb. Bu mərkəzdə hər gün səhər yeməyi, nahar və şam olmaqla üç növbədə 20 mindən çox pay təbərrük yeməyi hazırlanaraq paylanır».

O vurğulayıb: «Hər üç növbədə təqdim olunan yeməklərin sayı zəvvarların sayına uyğun olaraq artırıla bilər».

O həmçinin bildirib ki, bu mərkəz səfər ayının 20-dək zəvvarlara xidmət göstərməyə və yemək paylamağa davam edəcək.

Qeyd edək ki, bu səylər İmam Əli (ə) hərəminin Ərbəin zəvvarlarını qarşılamaq məqsədilə hazırladığı genişmiqyaslı proqram çərçivəsində həyata keçirilir. Bu proqram çərçivəsində milyonlarla zəvvara ən yaxşı xidmətlərin göstərilməsi üçün hərəmin müxtəlif bölmələrinin bütün insan, texniki və xidmət imkanlarından istifadə olunur.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir