Həzrət Zəhra (s.ə.) gecəlik kompleksi
Müqəddəs imam Əli (ə) hərəmi Ərbəin günlərində həzrət Zəhra (s.ə.) həyət kompleksinin bütün imkanlarını zəvvarların istifadəsinə tam şəkildə təqdim etmişdir. Bu kompleks Nəcəf-Əşrəf şəhərində zəvvarlara xidmət göstərən ən böyük mərkəzlərdən biri hesab olunur.
Bu məkanın bütün imkanlarından Ərbəin zəvvarları əvvəlcədən qeydiyyatdan keçmədən, gün ərzində istifadə edə bilərlər.
Xidmətlər
Rifah xidmətləri: Sanitariya baxımından əlverişli şəraitdə 5 mindən çox sanitar qovşağın və 5 mindən çox duş kabinasının istifadəyə verilməsi, zəvvarların rahatlığı üçün uyğun soyutma sistemi, üstüörtülü məkanlarda və kölgəliklərlə təchiz olunmuş açıq ərazilərdə istirahət imkanı.
Qida xidmətləri: Zəvvarlara səhər yeməyi, nahar və şam yeməyinin davamlı şəkildə təqdim olunması.
Tibbi xidmətlər: İxtisaslaşmış tibb heyətinin yerləşdirilməsi və zəvvarlara sağlamlıq və tibbi xidmətlərin göstərilməsi.
Çatım istiqaməti:
Müqəddəs imam Əli (ə) hərəmin qərb tərəfi.
İmam Rza (ə) Zəvvarlar şəhərciyi
Huli bölgəsində yerləşən «İmam Rza (ə) Zəvvarlar şəhərciyi» İraqın müxtəlif vilayətlərindən və qonşu ölkələrdən, xüsusilə milyonlarla zəvvarın iştirak etdiyi ziyarət günlərində minlərlə zəvvarın qəbul edilməsi üçün əsas məntəqədir. Zəvvarların giriş-çıxışı üçün 8 ayrı girişə və bütün zəruri rifah imkanları ilə təchiz edilmiş 7 böyük zala malik olan bu şəhərcik Ərbəin zəvvarlarını qəbul etməyə hazırdır.
Xidmətlər
Rifah xidmətləri: İstilik və soyutma sistemləri ilə təchiz olunmuş xüsusi istirahət məkanları, hamam və sanitar qovşaqlar, həmçinin zəvvarların ehtiyac duyduğu digər imkanlar, o cümlədən restoran və supermarket.
Qida xidmətləri: Gündəlik olaraq üç vaxt — səhər yeməyi, nahar və şam yeməyi — içməli su, çörək və təbərrük yeməyinin paylanması.
Tibbi xidmətlər: Kompleksin yaşayış və qida xidmətləri göstərilən məkanlarının girişlərində tibbi və təcili yardım qruplarının yerləşdirilməsi.
Çatım istiqaməti:
Babu-Tusi qapısından çıxdıqdan və həzrət Zəhra (s.ə.) həyətindən keçdikdən sonra həyətin arxa tərəfində yerləşən eskalatorlar vasitəsilə.
Yəsubud-Din istirahət mərkəzi
Müqəddəs imam Əli (ə) hərəmi Ərbəin zəvvarlarını qarşılamaq və onlara xidmət göstərmək məqsədilə 40 min zəvvar qəbul etmək imkanına malik «Yəsubud-Din» qəbul və istirahət mərkəzi yaratmışdır.
Bu mərkəzdə qeyd olunan xidmətlərlə yanaşı, mədəni, maarifləndirici, etiqadi və dini proqramların da keçirilməsi nəzərdə tutulur.
Xidmətlər
Rifah xidmətləri: Zəvvarların yerləşməsi və istirahəti üçün məkanların yaradılması, dəstək xidmətlərinin göstərilməsi və sanitar qovşaqlarla təchiz olunmuş imkanların təqdim edilməsi.
Qida xidmətləri: Gündəlik olaraq üç vaxt — səhər yeməyi, nahar və şam yeməyi — təbərrük yeməyinin paylanması.
Tibbi xidmətlər: Zəvvarların tibbi və səhiyyə xidmətləri ilə təmin olunması üçün tibbi qrupların yerləşdirilməsi.
Çatım istiqaməti:
Müqəddəs imam Əli (ə) hərəminin şərq tərəfi, Böyük bazarın sonu, meydandan sonra, həzrət Zəhra (s.ə.) məscidinin qarşısı, Səvrətül-İşrin körpüləri kompleksinə çatmamış.
Mürtəza istirahət mərkəzi
Müqəddəs imam Əli (ə) hərəmi Nəcəfdən Kərbəla şəhərinə doğru hərəkət edən Ərbəin zəvvarlarını qarşılamaq məqsədilə «Mürtəza» istirahət mərkəzini yaradıb.
Xidmətlər
Rifah xidmətləri: Zəvvarların istirahəti üçün 2 min nəfər qəbul etmək imkanına malik qəbul zallarının hazırlanması, 100 tam təchiz olunmuş sanitar qovşağın və kölgəliklərlə təmin edilmiş açıq məkanın istifadəyə verilməsi.
Qida xidmətləri: Zəvvarlara səhər yeməyi, nahar, şam yeməyi və ara qidaların davamlı şəkildə təqdim olunması.
Tibbi xidmətlər: Zəvvarlara səhiyyə və tibbi xidmətlər göstərmək üçün bir tibb məntəqəsinin təchiz edilməsi.
Mədəni xidmətlər: Şəri məsələlərlə bağlı suallara cavab verən məntəqənin, itkin düşənlərin axtarışı və istiqamətləndirilməsi mərkəzinin fəaliyyət göstərməsi, Möhsin Uşaq Mədəniyyət Mərkəzinin fəaliyyəti, həmçinin mobil telefonların enerji ilə doldurulması və təmiri üçün mərkəzin yaradılması və elektron xidmətlərin təqdim edilməsi.
Çatım istiqaməti:
Ərbəin piyada yürüşü marşrutunda 96-cı dirəyin yaxınlığında.
Əl-Kərrar istirahət mərkəzi
Ərbəin günlərində müqəddəs imam Əli (ə) hərəmin xidmət mərkəzlərindən biri Nəcəf-Əşrəfin cənubunda yerləşən 11 nömrəli mərkəz — «Əl-Kərrar» istirahət mərkəzidir.
Xidmətlər
Qida xidmətləri: Zəvvarlara sutka ərzində fasiləsiz olaraq səhər yeməyi, nahar, şam yeməyi və ara qidaların təqdim olunması.
Çatım istiqaməti:
Əbu Saxir yolu üzərində, Nəcəf vilayətinin əsas cənub girişində, Ərbəin piyada yürüşü marşrutunda 99-cu dirəyin yaxınlığında.
Xidmət məntəqələri
Təqdimat
Müqəddəs imam Əli (ə) hərəmi hər il Ərbəin piyada yürüşü marşrutu boyunca rəsmi və dəstək xarakterli olmaqla iki növdə — sabit və səyyar xidmət məntəqələri yaradaraq 15-dən çox məntəqə vasitəsilə Hüseyni zəvvarlara xidmət göstərir.
Hərəmin rəsmi xidmət məntəqələri birbaşa müqəddəs imam Əli (ə) hərəminin adı ilə fəaliyyət göstərəcək. Dəstək xidmət məntəqələri isə xalq tərəfindən yaradılmış xidmət məntəqələrinə su, qida və digər zəruri ləvazimatları təmin etməklə dəstək göstərəcək.
Xidmətlər
Gündəlik üç vaxt — səhər yeməyi, nahar və şam yeməyinin təqdim olunması, həmçinin ara qidaların və içməli suyun paylanması.
Müqəddəs imam Əli (ə) hərəminin ətrafındakı müxtəlif məntəqələrdə, eləcə də Ərbəin piyada yürüşü marşrutu boyunca yerləşən müxtəlif xidmət stansiyalarında yerləşmə, sanitariya, tibbi və mədəni xidmətlərin göstərilməsi.
Çatım istiqamətləri
Hava limanı xidmət məntəqəsi:
Ərbəin zəvvarlarını qarşılamaq üçün Nəcəf-Əşrəf Beynəlxalq Hava Limanında.
Malik Əştər xidmət məntəqəsi:
Zəvvarların şəhər ətrafı dairəvi yol və ya şəhər mərkəzi istiqamətindən Nəcəf şəhərindəki Təşyi meydanı tərəfdən girişində.
Xeybər qəhrəmanı xidmət məntəqəsi:
Müqəddəs imam Əli (ə) hərəminin Babu-Tusi qapısının yaxınlığında.
Şəbab Qənbər xidmət məntəqəsi:
Ərbəin piyada yürüşü marşrutunda 96-cı dirəyin yanında.
İmam Cəfər Sadiq (ə) xidmət məntəqəsi:
Ərbəin piyada yürüşü marşrutunda 196-cı dirəyin yanında.
Əmirəlmömininin (ə) övladları xidmət məntəqəsi:
Ərbəin piyada yürüşü marşrutunda 234-cü dirəyin yaxınlığında, böyük Miqdad kompleksində.