İmam Əli (ə) hərəminin nümayəndə heyəti Ayətullah Seyid Məhəmmədsadiq Xərsan ilə görüşərək İslam irsinin qorunması və dirçəldilməsi istiqamətində görülən işləri müzakirə etdi.
İmam Əli (ə) hərəminin Fikir və Mədəniyyət İşləri Bölməsinə bağlı Ələvi Araşdırmalar və İslam Tədqiqatları Mərkəzinin nümayəndə heyəti Nəcəfi-Əşrəf Elmi Hövzəsinin alim və fəzilət sahibləri ilə elmi və fikir əlaqələrinin inkişafı proqramı çərçivəsində həzrət Ayətullah Seyid Məhəmmədsadiq Xərsan ilə görüş keçirdi.
Mərkəzin rəhbəri Şeyx Səlam ən-Nasiri imam Əli (ə) hərəminin Xəbər Mərkəzinə verdiyi açıqlamada dedi: «Nümayəndə heyəti mərkəzin əsas fəaliyyət istiqamətlərini təqdim etdi. Bu fəaliyyətlərə əlyazmaların tədqiqi və elmi-tənqidi nəşri, İslam irsinin dirçəldilməsi, elmi kitab və jurnalların nəşri, həmçinin elmi və fikir konfransları ilə seminarların təşkili daxildir.»
Ayətullah Seyid Məhəmmədsadiq Xərsan Fikir və Mədəniyyət İşləri Bölməsinin və Ələvi Araşdırmalar və İslam Tədqiqatları Mərkəzinin İslam irsinə göstərdiyi xidmətləri yüksək qiymətləndirərək, bu fəaliyyətlərin daha da inkişaf etdirilməsi üçün bir sıra elmi fikir və tövsiyələrini təqdim etdi.
Görüşün sonunda imam Əli (ə) hərəminin nümayəndə heyəti tərəfindən Ələvi Araşdırmalar və İslam Tədqiqatları Mərkəzinin nəşr etdiyi kitablar, elmi-tədqiqat əsərləri və elmi-tənqidi şəkildə hazırlanmış nəşrlərdən ibarət toplu Ayətullah Seyid Məhəmmədsadiq Xərsana hədiyyə edildi.



