Most searched:

İmam Əli (ə) hərəmi

İmam Əli (ə) hərəmi şəhid İran rəhbərinin dəfn mərasiminin iştirakçılarına xidmət göstərir

İmam Əli (ə) hərəmi şəhid İran rəhbərinin dəfn mərasiminin iştirakçılarına xidmət göstərir

İmam Əli (ə) hərəmi şəhid İran rəhbərinin dəfn mərasimində iştirak edən əzadarlara 250 mindən çox təbərrük yemək payı təqdim edir.

İmam Əli (ə) hərəminin qonaq evi şöbəsi İran İslam İnqilabının şəhid rəhbəri, Ayətullahül-üzma Seyid Əli Xameneinin (Allah ona rəhmət eləsin) dəfn mərasimində iştirak etmək və onu qarşılamaq üçün Nəcəf Əşrəfə gələn zəvvarlara və əzadarlara xidmət göstərməyə başlayıb.

Əmirəlmöminin həzrət Əlinin (ə) müqəddəs hərəminin yaxınlığında və Nəcəf-Əşrəfin tarixi şəhər hissəsinin girişində yaradılmış üç xidmət məntəqəsində 250 mindən artıq əsas yemək və yüngül qida payı hazırlanaraq zəvvarlara və əzadarlara təqdim olunur.

Şöbənin rəhbəri Əsir ət-Təmimi imam Əli (ə) hərəminin Xəbər Mərkəzinə açıqlamasında bildirib:

“İmam Əli (ə) hərəminin rəhbərliyinin göstərişi ilə əzadarlara və zəvvarlara xidmət göstərmək üçün üç məntəqə hazırlanıb. Bu məntəqələrdən biri hərəmin mərkəzi qonaq evidir və burada təbərrük yeməkləri paylanılır. Digər iki məntəqədən biri Həzrət Fatimə Zəhra (s.ə) həyətinin qarşısında, digəri isə Nəcəf Əşrəfin tarixi şəhər hissəsinin girişində yerləşir. Həmin məntəqələrdə zəvvarlara və əzadarlara yüngül qidalar və müxtəlif ikram paketləri təqdim edilir.”

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir