Most searched:

İmam Əli (ə) hərəmi

İmam Əli (ə) hərəmi məktəblilər üçün yay tədris layihəsini həyata keçirdi

İmam Əli (ə) hərəmi Dini İşlər Şöbəsinin nəzarəti ilə 1447–1448-ci hicri-qəməri illəri üçün nəzərdə tutulmuş ənənəvi yay kursları layihəsinin həyata keçirildiyini elan edib. Layihədə İraqın müxtəlif vilayətlərindən 3 min məktəbli iştirak edir. Layihənin əsas məqsədi yay tətili dövründə şagirdlərin dini və mədəni maarif səviyyəsini yüksəltməkdir.

Dini İşlər Şöbəsinin müdiri Kərrar Xəfaci bildirib: «Bu kurslar cari ilin 19 iyun tarixində İraqın bütün vilayətlərindən – ölkənin şimalından cənubuna qədər gəlmiş məktəblilərin iştirakı ilə başlanıb. Bu proqram imam Əli (ə) hərəminin hər il məktəblilərə xidmət məqsədilə həyata keçirdiyi layihələr çərçivəsində təşkil olunur.»

O əlavə edib: «Bu kursların keçirilməsi imam Əli (ə) hərəminin məktəblilərə göstərdiyi diqqət və dəstəyin təzahürüdür. Həmçinin Məhərrəm və Səfər aylarına təsadüf edən yay tətilindən səmərəli istifadə etməklə dini və intellektual maarifin genişləndirilməsi, eləcə də əsl İslam dəyərlərinin gənc nəslin şüurunda möhkəmləndirilməsi məqsədi daşıyır.»

O, həmçinin qeyd edib: «Kursların tədris proqramına fiqh, əqidə, əxlaq və Əhli-beytin (ə) həyat yolu ilə bağlı dərslər və seminarlar daxildir. Bu proqram məktəblilərin dini və intellektual biliklərinin möhkəmləndirilməsinə, onların gələcəkdə cəmiyyətə xidmət edən faydalı və təsirli şəxslər kimi formalaşmasına mühüm töhfə verəcək.»

Qeyd edək ki, bu layihə imam Əli (ə) hərəminin hər il həyata keçirdiyi mühüm proqramlardan biridir və artıq on ildən çoxdur ki, davam etdirilir. Kurslar 11–17 yaş arası ibtidai, orta və tam orta məktəb şagirdləri üçün nəzərdə tutulub. Layihə İraqın müxtəlif vilayətlərində ali dini mərcəiyyətin nümayəndələrinin koordinasiyası, həmçinin hövzə elmiyyəsinin alimləri, müəllimləri və tələbələrinin nəzarəti ilə həyata keçirilir və gənc nəslin dini və mədəni şüurunun möhkəmləndirilməsinə xidmət edir.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir