Most searched:

İmam Əli (ə) hərəmi

İmam Əli (ə) hərəmi Ərbəin ziyarəti ilə bağlı qadın təbliğatçılar üçün mərkəzləşdirilmiş imtahana ev sahibliyi edib

İmam Əli (ə) hərəmi Ərbəin ziyarəti günləri üçün nəzərdə tutulmuş qadın təbliğatçılar arasında keçirilən mərkəzləşdirilmiş imtahana ev sahibliyi edib.

İmam Əli (ə) hərəminin Dini İşlər şöbəsinin Təbliğat bölməsi tərəfindən təşkil olunan tədbirdə “Ya Hüseyn yolu” layihəsi çərçivəsində fəaliyyət göstərəcək qadın təbliğatçıların bilik və peşə hazırlığı qiymətləndirilib. Bu imtahan hər il ali dini mərcəiyyətin dəstəyi və Hövzə Elmiyyəsinin Təbliğat Layihəsi Rəyasətinin nəzarəti ilə keçirilir.

Layihənin koordinatoru Fatimə əş-Şəməri Xəbər Mərkəzinə bildirib:

“Bu imtahanın məqsədi qadın təbliğatçıların elmi və şəri bilik səviyyəsini qiymətləndirmək, qadın zəvvarların ehtiyaclarına uyğun, əsaslandırılmış və dolğun dini təbliğatın təmin olunmasına nail olmaqdır. İmtahan təbliğatçıların hazırlanması və peşə bacarıqlarının artırılması prosesinin mühüm mərhələsidir. Burada iştirak etmək Ərbəin zəvvarlarına xidmət göstərilməsi ilə bağlı sahə fəaliyyətində iştirakın əsas şərtlərindən biridir.”

Fatimə əş-Şəməri əlavə edib:

“İmtahanda ümumilikdə 845 namizəddən 819-u iştirak edib. Onlar Nəcəf-Əşrəfdə fəaliyyət göstərən, əyani və distant təhsil formasını əhatə edən təxminən 14 qadın dini elmi hövzəsini təmsil edirlər.”

O vurğulayıb ki, bu elmi qiymətləndirmənin keçirilməsi təbliğat fəaliyyətinin keyfiyyətinin yüksəldilməsində və dini elmi hövzələrdə elmi yanaşmanın daha da möhkəmləndirilməsində mühüm rol oynayır.

Qeyd edək ki, İmam Əli (ə) hərəmi hər il əvvəlcədən hazırlıq işləri apararaq Həzrət Əmirəlmöminin İmam Əlinin (ə) müqəddəs hərəmini ziyarət etmək üçün Nəcəf-Əşrəfə gələn qadın və kişi zəvvarlara xidmət göstərmək məqsədilə müxtəlif proqramlar həyata keçirir. Bu zəvvarlar daha sonra müqəddəs Kərbəlaya yollanaraq möhtəşəm Ərbəin ziyarəti mərasimində iştirak edirlər.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir