Most searched:

Hüseyni xidmət məntəqələri

Hüseyni xidmət məntəqələrinin statistikası imam Əli (ə) hərəmi tərəfindən açıqlanıb

İmam Əli (ə) hərəmi Məhərrəm ayının ilk ongünlüyündə fəaliyyət göstərən Hüseyni xidmət məntəqələrinin statistikasını açıqlayıb.

İmam Əli (ə) hərəminin Mühafizə Şöbəsinə bağlı Hüseyni Xidmət Məntəqələri Heyəti Məhərrəm ayının ilk ongünlüyünün əzadarlıq mərasimlərində iştirak edən Hüseyni xidmət məntəqələrinin sayını elan edib.

Bu mərasim müxtəlif növ əzadarlıq və xidmət məntəqələrinin geniş iştirakı ilə keçirilib.

Heyətin məsulu Həsən Cəriyu imam Əli (ə) hərəminin Xəbər Mərkəzinə bildirib:

“Qeydiyyata alınmış statistikaya əsasən, mərasimlərdə 134 «Məşq» xidmət məntəqəsi və 124 «Məşəl» xidmət məntəqəsi iştirak edib.

Bundan əlavə, Nəcəfi-Əşrəfə gələn zəvvarlara və əzadarlara xidmət göstərən 212 xidmət məntəqəsi də mərasimlərin keçirilməsində iştirak edib.”

O əlavə edib:

“Həmçinin zəncirvurma mərasimində 56 xidmət məntəqəsi və «Məsir» əzadarlıq mərasimində 11 xidmət məntəqəsi iştirak edib. Bu, Hüseyni şüarların yaşadılmasına, imam Hüseynin (ə) qiyamının yad edilməsinə və xalqın bu müqəddəs mərasimlərə geniş bağlılığının bariz nümunəsidir.”

Bu geniş iştirak Məhərrəm ayının ilk ongünlüyündə keçirilən əzadarlıq mərasimlərinin daha möhtəşəm təşkili və zəvvarlara göstərilən xidmətlərin yüksək səviyyədə təşkil olunması üçün görülən təşkilati işlərin miqyasını əks etdirir.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir