Most searched:

Məhərrəm ayı

Məhərrəmin ilk ongünlüyü mərasimləri üçün imam Əli (ə) hərəminin ətraf əraziləri xalçalandı

Müqəddəs imam Əli (ə) hərəminin Məhərrəm ayının matəm mərasimlərinin keçirilməsi məqsədilə Əmirəlmöminin həzrət Əlinin (ə) müqəddəs hərəminin ətrafındakı 20 min kvadratmetrdən artıq sahəni hazırlayıb.

Hərəmin xidmət heyəti hərəmin xarici hissələrinin və ətraf həyətlərinin qırmızı örtüklərlə döşənməsi işlərinə başlayıb.

Bu addım həzrət Əmirəlmömininin (ə) müqəddəs ziyarətgahının xidmətçiləri tərəfindən Hüseyni əza heyətlərinə və Məhərrəmül-həram ayının ilk ongünlüyündə matəm mərasimlərində iştirak etmək üçün bu müqəddəs məkana üz tutan zəvvarlara göstərilən xidmətlər çərçivəsində həyata keçirilir.

Müqəddəs imam Əli (ə) hərəminin idarə heyətinin üzvü Heydər Məhəmməd Casim Astananın xəbər mərkəzinə verdiyi müsahibədə bildirib:

Hərəmin məsul şəxsləri Əmirəlmöminin Əlinin (ə) müqəddəs hərəminə gələn əza heyətləri üçün təhlükəsiz və münasib şərait yaratmaq istiqamətində göstərdiyi səylər çərçivəsində hərəmin əməkdaşları hərəmin ətrafındakı sahələrin qırmızı örtüklərlə döşənməsinə başlayıblar.

Bu sahələrin ümumi həcmi 20 min kvadratmetrdən artıqdır və ehtiyac yarandığı təqdirdə daha da genişləndirilə bilər.

Bundan əlavə, müqəddəs hərəmin ətrafındakı genişləndirmə layihələri çərçivəsində başqa sahələr də bu ərazilərə əlavə olunacaq və əzadarlara xidmət göstərəcək.

Qeyd edək ki, müqəddəs imam Əli (ə) hərəminin rəhbərliyi Məhərrəmül-həram ayının Hüseyni matəm mərasimlərinə xidmət göstərilməsi üçün zəruri proqram və planları əvvəlcədən hazırlayıb.

Həmçinin Ərbəin ziyarəti günlərində zəvvarlara xidmət göstərilməsi üçün xüsusi hazırlıq işləri görülüb. Çünki İraqın daxilindən və xaricindən milyonlarla zəvvar Əmirəlmöminin həzrət Əlinin (ə) müqəddəs hərəmini ziyarət edir və müqəddəs Kərbəlaya doğru hərəkət edib Ərbəin mərasimində iştirak etməzdən əvvəl bu nurani hərəmi özlərinin əsas dayanacaq və toplaşma məkanı seçirlər.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir