İmam Əli (ə) hərəmi Qədir Xum bayramı münasibətilə həm İraqın müxtəlif bölgələrindən, həm də xarici ölkələrdən gələn böyük zəvvar kütləsini qəbul edir. Minlərlə mömin bu mübarək bayram günlərində Əmirəlmöminin həzrət Əlinin (ə) nurani məzarı kənarında olmaq, bu böyük Vilayət bayramını qeyd etmək və Həzrətə olan məhəbbət və sədaqətlərini ifadə etmək üçün müqəddəs hərəmə üz tutmuşdur. Nəcəfi Əşrəf bu günlərdə mənəvi coşqu, iman və vəhdət səhnəsinə çevrilmişdir.




