Müqəddəs imam Əli (ə) hərəmi — Ərəfə günü və Qurban bayramında ziyarətçilərə xidmət göstərmək üçün bütün imkanlarını səfərbər edib.
İmam Əli (ə) hərəmi ziyarətçilərin qəbulunu, namaz qılmasını və istirahət üçün yerlərin təmin olunmasını asanlaşdırmaq məqsədilə geniş xidmət proqramının icrasına başlayıb.
Xidmət İşləri Bölməsinin məsul şəxsi Zeyd əl-Xərsan xəbər mərkəzinə açıqlamasında bildirib: Xidmət işləri bölməsinin heyəti ziyarətçilərə xidmət göstərmək üçün sıx hazırlıqlara başlayıb. Bu tədbirlər geniş proqram çərçivəsində hərəmin daxilində və ətrafındakı bütün xidmət sahələrini əhatə edir.
O izah edib: Bu proqram çərçivəsində 22 min kvadrat metrdən çox xalça ziyarətçilərin qəbul edilməsi üçün açılıb. Həmçinin hərəmin ətrafında, hərəmin yollarında, Cəvahiri küçəsi, Əlhəmami küçəsi, Şeyx Tusi və imam Rza (ə) şəhərciyində içməli su stansiyaları qurulub.”
Xərsan əlavə edib: İstilərin artdığı şəraitdə ziyarətçilər üçün rahat və sərin mühit yaratmaq məqsədilə hərəmin daxilində, ətrafında və həzrət Zəhra (s) meydanında 450 sərinləşdirici cihaz quraşdırılıb. Həmçinin maşınlar bölməsi ilə əməkdaşlıq çərçivəsində meydan və ətrafın təmizlənməsi üçün 18 müasir təmizlik maşını istifadəyə verilib və şəhərin qədim hissələrində və hərəmin yollarında bir neçə tullantı sıxıcı avtomobil yerləşdirilib.
O davam edib: Bu proqram çərçivəsində ziyarətçilərin imam Rza (ə) şəhərciyindən Cəvahiri küçəsinə daşınması üçün xüsusi nəqliyyat vasitələri ayrılıb. Şəhərciyin zal və salonları ziyarətçilərin qəbulu və yerləşdirilməsi üçün tam şəkildə təmin olunub. Həmçinin tibbi və səhiyyə xidmətləri göstərmək üçün tam funksional tibbi bölmə nəzərdə tutulub.
Xərsan proqramın sonunda qeyd edib: Xidmət işləri heyəti Əlhəmami küçəsində 1,000 kvadrat metrdən çox yığıla bilən kölgəliklər quraşdırıb ki, ziyarətçilər üçün rahat məkan təmin olunsun. Həmçinin ziyarətçilərin əşyalarını saxlamaq üçün xüsusi yerlər açılıb, eyni zamanda 12,000-dən çox əşyayı saxlamaq imkanı var.
Qeyd etmək lazımdır ki, imam Əli (ə) hərəminin rəhbərliyi bütün bölmələr və xidmətçilərə ziyarətçilərə Ərəfə və Qurban bayramında mümkün olan ən yaxşı xidmətləri göstərmək üçün bütün imkanları səfərbər etməyi və əlavə səylər göstərməyi tapşırıb.






