Most searched:

İmam Əli (ə)

Əlamə Mir Hamid Hüseynin mövla sözünün “əvla” mənasına dəlalət etməsi barədə heyrətamiz araşdırması və tədqiqi

Qədir Xum hədisinin təvatür olması (çoxsaylı sənədlərlə nəql olunması) inkar olunmaz olduğundan, qərəzli və müxalif kəslərin əlindən yollar və sənədlərə xələl gətirmək gəlmədiyi üçün, hədisin dəlalətinə (mənasına və ondan çıxan nəticəyə) şübhə etmişlər.

Bu cümlədən, mövla sözünün dəlalətinə etiraz edir və iddia edirlər ki, mövla sözü səlahiyyət sahibi və “əvla” (birinci dərəcəli haqq sahibi) olmağa dəlalət etmir ki, qəbul edək eyni şəkildə Rəsuli-Əkrəmin (salləllahu əleyhi və alih) ümmət üzərində səlahiyyət sahibi və “əvla” olduğu kimi, Əli ibn Əbu Talib, Əmirəl-möminin (ələyhis-salam) da belə bir məqama malik olsun.

Əbduləziz Dehləvi – “Töhfeyi-İsna Əşəriyyə” kitabının müəllifi – elmi oğurluqla şiənin abırını aparacağını zənn etdi, lakin əslində özünün və həmfikirlərinin abırını tökdü. O, elmi oğurluğunun bir hissəsində Qədir Xum hədisinin dəlalətinə xələl gətirərək belə yazır:

Bu istidlaldakı birinci xəta ondadır ki, bütün ərəb dilli olanlar “mövla”nin “əvla” mənasında işləndiyini inkar etmişdir.[1]

Mərhum Əllamə Mir Hamid Hüseyn cavabında yazır:

Bu sözdəki birinci qüsur budur ki, Şah Sahib Dehləvi özünün çox böyük təqvası, dindarlığı, son dərəcə doğruluğu və əmanətdarlığı ilə iddia etmişdir ki, bütün ərəb dilli olanlar “mövlə”nin “əvla”  mənasında gəldiyini inkar etmişdir. Halbuki ərəb dillilər bunu əsla inkar etməmişdir və onların inkar etdiyi iddiası yalan və böhtandır. Heç, bir ərəb dillinin inkar etdiyi sabit deyil, qalmışdıkı bütün ərəb dilli olanların  inkar etməsi  iddia olunsun! Bu, o qədər açıq və iyrənc bir yalandır ki, onu eşitdikdə insanın tükləri biz-biz olur! Şah Sahibin sözü elə bir kimsənin sözünə bənzəyir ki, desin: “Qövl (söz) – danışmaq mənasında işlənməsi ərəblərin istifadəsində heç vaxt olmamışdır və bütün ərəb dillilər “qövl”ün danışmaq mənasında gəldiyini inkar etmişdir!”[1]

Sonra o, Mövlanin “əvla” mənasında Quranda, hədisdə və ərəb şeirlərində işlədilməsi başlıqlı bir bölmə açır və yazır:

Xülasə, “mövlə”nin “əvla” mənasında Kitabda, Sünnədə və ərəb şeirlərində işlədilməsi geniş yayılmış və çox məşhurdur. Ərəb dili, lüğət və təfsir elminin imamlarından mövlanın “əvla” mənasında işləndiyinə dair açıqlamalar mövcuddur. İnkar edənləri ən güclü şəkildə utandırmaq üçün burada “mövlanın “əvla” mənasında gəldiyini sübut etmiş alimlərdən bir dəstəsinin adlarını zikr edirəm. [2]

Bundan sonra, qırx üç nəfər böyük lüğət, fəsahət və bəlağət sahibini – öz sənətində məşhur olanları – adla çəkib sübut edir ki, onların arasında mövlanın “əvla” mənasında işlədilməsi geniş yayılmış və sabitdir.

Diqqətçəkən və təəccüb doğuran məqam budur ki, mərhum Əllamə əvvəlcə bu qırx üç nəfərin hər birinin elmi məqamını və dərəcəsini izah edir, əhli-sünnə alimlərinin onların tərifi ilə bağlı sözlərini nəql edir ki, göstərsin: bu şəxslər avam və savadsız deyillər, əksinə öz sənətinin alimləridir. Daha sonra onların təfsir, şeir, ədəbiyyat və lüğət sahəsindəki fikirlərini ətraflı şəkildə gətirib, Dehləvi və onun kimilərin üzünü qaranlıq gecə kimi zülmətə bürüyür.

Səkkizinci cildin səhifə səkkizindən səhifə iki yüzə qədər bu müzakirə davam edir. Yəni təxminən iki yüz səhifə yalnız şahid və dəlillərdən ibarətdir, Dehləvinin bir neçə cümlə ilə etiraz etdiyi şeyin cavabında!

Özünüz baxıb görməlisiniz ki, o, nə cür böyük bir hadisə yaratmışdır. Bu hissə, özlüyündə müstəqil bir kitabdır və məzmunu başqa heç bir yerdə bu şəkildə tapılmır. Maraqlısı budur ki, bu müzakirədən qurtarandan sonra, bu dəfə “Təftazani, Fəxr Razi, Qoşçu, Əhməd ibn Hənbəl, Buxari, Təbəri, Nəsai, Hakim Nişapuri, İbn Moğazili, Həməvini, İbn Kəsir və…” kimi alimlərə istinad edərək, “mövla” sözünün “əvla” mənasına gəldiyini onların kəlamından çıxarır.

Mənbələr:

  1. Töhfeyi-İsna Əşəriyyə, səh. 208, Pişəvər nəşri.
  2. Əbəqatül-Ənvar, cild 8, səh. 6.
  3. Həmin mənbə, səh. 7.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir