Most searched:

İmam Əli (ə) hərəmi

İmam Əli (ə) hərəmi tərəfindən İran xalqı ilə həmrəylik kampaniyasına start verildi

İmam Əli (ə) hərəmi İran xalqı ilə həmrəylik və yardım kampaniyasına başladı.

İmam Əli (ə) hərəmninin qəyyumu Seyid İsa əl-Xərsan, İran xalqına yardım kampaniyasını həyata keçirmək üçün göndərilən rəsmi heyətə rəhbərlik edib. Bu kampaniya İranın müxtəlif şəhər və vilayətlərində bir sıra proqram və fəaliyyət istiqamətlərini əhatə edir.

Heyətin üzvü və yardım komitəsinin məsulu Heydər əl-İsaviy bu barədə bildirib:
“İmam Əli (ə) hərəminin heyəti, hörmətli qəyyumun rəhbərliyi və müqəddəs Ələvi hərəminin bir qrup xidmətçisinin müşayiəti ilə İran İslam Respublikasına daxil olub ki, İran xalqına dəstək məqsədi daşıyan yardım və həmrəylik kampaniyasına başlasın.”

O əlavə edib:
“İmam Əli (ə) hərəminin heyəti sərhəd şəhərlərinin sakinləri, eləcə də dini və rəsmi şəxslər tərəfindən geniş şəkildə qarşılanıb və onlara xoş gəldiniz bildirilib.”

İsaviy həmçinin qeyd edib ki, heyət bu kampaniya çərçivəsində nəzərdə tutulan xidmətləri təqdim etmək üçün İranın müxtəlif şəhər və vilayətlərində əvvəlcədən hazırlanmış sıx proqram həyata keçirəcək. O bildirib:
“Proqramların daha yaxşı icrası üçün müxtəlif mərkəz və müəssisələrlə bir sıra rəsmi görüşlər də keçiriləcək.”

Qeyd edək ki, bu təşəbbüs İmam Əli (ə) hərəminin davamlı humanitar fəaliyyətləri çərçivəsində həyata keçirilir. Bu fəaliyyətlər həmin müqəddəs məkanın mənəvi və dini məsuliyyətindən qaynaqlanır və ali dini mərcəiyyətin ictimai həmrəylik dəyərlərinin gücləndirilməsi, böhran və çətin şəraitdə xalqlara yardım göstərilməsi ilə bağlı tövsiyələrinə uyğun şəkildə təşkil olunur.

 

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir