Most searched:

Allahın ibadət ayı olan Ramazanda qafillərə xəbərdarlıq

Məhəbbət və ibadət ayı – mübarək Ramazan ayının başlanması ilə həzrət Əmirəl-möminin Əlinin (ə) bu bərəkətli ay haqqında hədisləri əziz oxucular üçün toplanmış və “Əlnin (ə) hədislər” adı ilə Ramazan xüsusi bölməsində hər gün təqdim olunur.

İyirmi beşinci günün hədisi

Əmirəl-möminin (ə) buyurur:

“(Ey oruc tutan!) Bax ki, gecəni yuxuda, gündüzü isə qəflətdə keçirməyəsən. Elə olmasın ki, bu ay səndən keçib getsin, günah yükün isə hələ də çiyinlərində qalsın. Belə ki, oruc tutanlar mükafatlarını aldıqları zaman sən ziyana uğrayanlardan olasan; hökmdarlarının kəramətinə nail olduqları zaman sən məhrumlardan olasan; Rəbbinin qonşuluğuna nail olduqları zaman isə sən qovulanlardan olasan!”

Mənbə:
Fəzailul-əşhur əs-səlasə, Şeyx Səduq, s.108

Həzrət Əmirəl-mömininin (ə) Ramazan ayının ilk günündə söylədiyi xütbədən götürülmüşdür.