Most searched:

İmam Əmirəlmöminin Əli (ələyhissəlam)-ın Fitr bayramı xütbəsi

İmam Sadiqdən (əleyhissəlam) nəql olunmuşdur ki, Əmirəlmöminin (əleyhissəlam) Fitr günü xütbə söyləmiş və Allahın yaxşı bəndələrinə müjdə vermişdir.

Ərəb mətni:

 بسم الله الرحمن الرحیم

خَطَبَ أميرُ المُؤمِنينَ عَلِيُّ ابنُ أبي طالِبٍ عليه السلام يَومَ الفِطرِ فقالَ :

أَيُّهَا اَلنَّاسُ، إِنَّ يَوْمَكُمْ هَذَا يَوْمٌ يُثَابُ فِيهِ اَلْمُحْسِنُونَ وَ يَخْسَرُ فِيهِ اَلْمُبْطِلُونَ، وَ هُوَ أَشْبَهُ بِيَوْمِ قِيَامِكُمْ،

فَاذْكُرُوا بِخُرُوجِكُمْ مِنْ مَنَازِلِكُمْ إِلَى مُصَلاَّكُمْ خُرُوجَكُمْ مِنَ اَلْأَجْدَاثِ إِلَى رَبِّكُمْ،

وَ اُذْكُرُوا بِوُقُوفِكُمْ فِي مُصَلاَّكُمْ وُقُوفَكُمْ بَيْنَ يَدَيْ رَبِّكُمْ، وَ اُذْكُرُوا بِرُجُوعِكُمْ إِلَى مَنَازِلِكُمْ رُجُوعَكُمْ إِلَى مَنَازِلِكُمْ فِي اَلْجَنَّةِ!

عِبَادَ اَللَّهِ، إِنَّ أَدْنَى مَا لِلصَّائِمِينَ وَ اَلصَّائِمَاتِ أَنْ يُنَادِيَهِمْ مَلَكٌ فِي آخِرِ يَوْمٍ مِنْ شَهْرِ رَمَضَانَ: أَبْشِرُواعِبَادَ اَللَّهِ؛

فَقَدْ غُفِرَ لَكُمْ مَا سَلَفَ مِنْ ذُنُوبِكُمْ، فَانْظُرُوا كَيْفَ تَكُونُونَ فِيمَا تَسْتَأْنِفُونَ؟!

Xütbənin Azərbaycan dilinə tərcüməsi

Bismillahir-Rahmənir-Rahim

Əmirəlmöminin Əli ibn Əbu Talib (ələyhis-səlam) Fitr günü xütbə oxuyaraq buyurdu:

“Ey insanlar! Həqiqətən bu gününüz elə bir gündür ki, onda yaxşı əməl sahibləri mükafatlandırılır, batil əməllər edənlər isə ziyana uğrayırlar. Bu gün sizin Qiyamət gününüzə çox bənzəyir. Evlərinizdən namaz yerinizə doğru çıxmağınızı xatırlamaqla, qəbirlərinizdən Rəbbinizə doğru çıxacağınız günü xatırlayın.

Namaz yerində dayanmağınızı xatırlamaqla, Rəbbinizin hüzurunda dayanacağınız günü xatırlayın.

Və evlərinizə qayıtmağınızı xatırlamaqla, Cənnətdəki mənzillərinizə qayıdacağınız günü xatırlayın!

Ey Allahın bəndələri! Oruc tutan kişi və qadınlar üçün ən kiçik mükafat budur ki, Ramazan ayının son günündə bir mələk onlara səslənərək deyir: “Müjdə olsun sizə, ey Allahın bəndələri! Sizin keçmiş günahlarınız bağışlandı. İndi baxın görün bundan sonra necə davranacaqsınız!”