Most searched:

Ramazan bayramı və orucun qəbul olunması barədə Əli ibn Əbu Talibin (ə) kəlamı

İbadət və məhəbbət ayı olan mübarək Ramazanın başlanması ilə əlaqədar olaraq, Əmirəlmöminin Əlinin (ə) bu bərəkətli ay haqqında hədisləri siz əziz oxucular üçün toplanmış və “Əlinin (ələyhis-səlam) hədislər” adı ilə Ramazan xüsusi bölməsində gündəlik şəkildə təqdim olunur.

Otuzuncu günün hədisində Əmirəlmöminin (ə) buyurur:

“Bu gün (Fitr bayramı) yalnız o kəsin bayramıdır ki, Allah onun orucunu qəbul etmiş və gecə ibadətinə görə ona təşəkkür etmişdir.”

Ərəbcə mətni:

إنَّما هُوَ عِيدٌ لِمَن قَبِلَ اللّه ُ صِيامَهُ و شَكَرَ قِيامَهُ

“İnnəmə huvə ʿeydun limən qabiləllahu siyaməhu və şəkərə qiyaməhu.”

Mənbə: Nəhcül-bəlağə, hikmət 428.