Seyid Nəmatullah Cəzairi (Mühəddis Cəzairi kimi məşhurdur, XI–XII əsr şiə alimlərindəndir) nəql edir ki, etibarlı bir şəxsdən eşitdim:
“Rum sultanı (Sultan Süleyman) ki, Fərat suyunu Kərbəlada imam Hüseyn (əleyhis-salam)-ın hərəminə yönəltmiş və ona ‘Nəhri-Hüseyni’ deyilmişdi, Əmirəlmöminin Əli (əleyhis-salam)-ı ziyarət etmək üçün yola düşdü. Müqəddəs hərəmin yaxınlığına çatanda atdan düşüb piyada ziyarətə getdi.
Onunla birlikdə olan və qoşunun qazisi olan sünni müfti bu hərəkətdən qəzəblənərək dedi: ‘Sən diri olan bir sultansan, Əli ibn Əbu Talib isə dünyasını dəyişmiş bir xəlifədir. Niyə onu ziyarətə piyada gedirsən? Niyə atına minmirsən?’
Aralarında mübahisə başladı.
Müfti dedi: Əgər mənə şübhə edirsənsə, Qurana müraciət et ki, həqiqət sənə aydın olsun.
Sultan Quranı açdıqda bu ayə gəldi: “Fəxlə nələykə innəkə bil-vadil-muqəddəsi Tuva” (Taha, 12) – “Ayaqqabılarını çıxar, çünki sən müqəddəs Tuva vadisindəsən.”
Sultan ayəni gördükdə dedi: Sənin sözün mənə təsir etdi və Qurana müraciət etdim. İndi isə ayaqqabılarımı da çıxarıb piyada hərəmə getməliyəm.
Sultan Süleyman ayaqları yaralanmış halda hərəmə çatdı və ziyarət etdi. Ziyarətdən sonra müfti ona dedi: Bu hərəmdə şiə məzhəbini yayan alimlərdən birinin qəbri var. Onun sümüklərini çıxarıb odda yandır!
Sultan soruşdu: O kimdir?
Müfti cavab verdi: O, Şeyx Tusidir.
Sultan dedi: Bu şəxs mənim hökmüm altında deyil. Mənim hökmüm yer üzündə yaşayanlaradır. Bu isə Allahın ixtiyarındadır və layiq olduğu mükafat və ya cəzanı alacaq.
Müfti sözündə israr edib Sultanla mübahisəyə davam etdi. Sultan ona dedi: Şəhərdən çıx, odun yığ, ocaq qalayıb məni gözlə, gəlib bu rafizini yandıraram.
Müfti şəhərdən çıxıb odun topladı, ocaq qaladı və Sultanı gözlədi.
Sultan ziyarətini bitirdikdən sonra şəhərdən çıxdı və gördü ki, ocaq yanır və müfti orada dayanıb. Sultan dedi: Sənə bu qədər dəlil kifayət etmədi ki, axirətə köçmüş birinin sümüklərini yandırmağımı istəyirsən?
Sonra Sultan əmr verdi ki, müftini oda atsınlar və o, kin və inad odunda yandı.”
Mənbə: “Zəhru ər-rəbi”, c. 2, s. 119.