Most searched:

İmam Əlinin (ə) müqəddəs hərəmi

Tədqiqatçıların geniş iştirakı ilə ikinci beynəlxalq irs konfransı

İkinci beynəlxalq irs konfransı 9-dan çox ölkədən tədqiqatçıların iştirakı ilə 58 məqaləni nəzərdən keçirdi.

İmam Əlinin (ə) müqəddəs hərəminin İslam Tədqiqatları və Araşdırmaları Mərkəzinin sədri vurğulayıb ki, ikinci beynəlxalq irs konfransı iki gün davam edəcək və İraq daxilindən və xaricindən çox sayda tədqiqatçı və akademikin iştirakı ilə Malik Əştər (Allah ondan razı olsun) salonunda keçiriləcək səhər və axşam elmi iclaslarını əhatə edəcək.

Şeyx Salam Nasiri Xəbər Mərkəzinə müsahibəsində bildirib: Bu konfransda müxtəlif ölkələrdən 90-dan çox məqalə təqdim edildi. Qəbul edilmiş elmi meyar və standartlar əsasında qiymətləndirildikdən sonra onların arasından 58 məqalə seçilib. Bu məqalələr İran, Türkiyə, Bəhreyn, Səudiyyə Ərəbistanı Krallığı, Misir Ərəb Respublikası, Livan, Rusiya Federasiyası, Pakistan və Özbəkistan kimi ölkələri təmsil edir.

O, qeyd edib: Konfransın ilk günündə axşam iclasları keçiriləcək ki, burada on elmi məqalə müzakirə olunacaq. İkinci gün isə proqram səhər iclasları ilə davam edəcək. Sonda isə axşam bağlanış iclası keçiriləcək və orada ən mühüm nəticələr və elmi tövsiyələr təqdim olunacaq.

İslam Tədqiqatları və Araşdırmaları Məkəzinin sədri vurğulayıb ki, bu müxtəlif elmi iştirak Nəcəf Əşrəfin elmi mövqeyini və imam Əli (ə) müqəddəs hərəminin ixtisaslaşmış tədqiqat konfranslarına ev sahibliyi etməkdə və İslam irsinin qorunması və dirçəldilməsi ilə bağlı tədqiqatları dəstəkləməkdə öncül rolunun təzahürüdür.

İkinci beynəlxalq irs konfransı, imam Əli (ə) müqəddəs hərəminin İslam irsini qorumaq, elmi əlyazmaları dirçəltmək və Nəcəf Əşrəfin tədqiqat, araşdırma və sivilizasiyanın qorunması sahəsində beynəlxalq bir məşəl kimi mövqeyini gücləndirmək məqsədilə keçirilir.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir