Most searched:

Ayətullah Xoyi (q.s)

İmam Əli (ə) hərəmində Ayətullah Xoyi (q.s) konfransının elmi komitəsinin iclası keçirilib

İmam Əli (ə) hərəmi Ayətullah Seyid Əbülqasim Xoyi (q.s) mövzusuna həsr olunmuş konfransın elmi komitəsinin ilk iclasını keçirib.

İmam Əli (ə) hərəmindəki konfransın elmi komitəsi “Ayətullah Seyid Əbülqasim Xoyi (q.s) mərcəiyyətində mərifəti və sivilizasiya təzahürləri” konfransının istiqamətlərini nəzərdən keçirmək məqsədilə ilk iclasını keçirib.

Bu konfrans Nəcəfi-əşrəf Elmi Hövzəsinin minilliyi layihəsinin proqramları çərçivəsində keçiriləcək.

Hərəmin məclisinin məsul şəxsi və elmi komitənin üzvü Şeyx Səlam Nasiri xəbər mərkəzinə verdiyi açıqlamada bildirib: Birinci elmi iclas tayfa rəhbəri, mərhum mərcə, Ayətullah Seyid Xoyiyə (q.s) həsr olunmuş xüsusi konfransın keçirilməsinə hazırlıq məqsədilə baş tutdu. Bu konfrans Nəcəfi-əşrəf Elmi Hövzəsinin minilliyi münasibətilə təşkil olunacaq və İmam Əli (ə) hərəmində bu növ ilk konfranslardan biri hesab olunur.

Nasiri əlavə edib: «Bu konfransda elmi istiqamətlər fiqh, üsul və rical elmləri kimi müxtəlif aspektlərdən araşdırılacaq. Eyni zamanda, Ayətullah Xoyinin (q.s) fəaliyyətlərinin sosial ölçüsünə və onun bu sahəyə göstərdiyi diqqətə də yer veriləcək. Elmi komitənin gördüyü işlər arasında konfransın iclaslarını idarə etmək üçün elmi hövzənin fəzilətli şəxslərindən bir qrupunun seçilməsi, həmçinin tədqiqatçıların müəyyənləşdirilməsi də yer alır.

Qeyd edək ki, Ayətullah Seyid Əbülqasim Xoyi (q.s) mərcəiyyətində mərifəti və sivilizasiya təzahürləri» konfransı Ayətullah Seyid Xoyinin Darül-Elm məktəbinin əməkdaşlığı ilə və “Elmi hövzə; cihad və ictihad” şüarı altında keçiriləcək. Bu konfrans Nəcəfi-əşrəf Elmi Hövzəsinin minilliyi münasibətilə təşkil olunur və alimlərin tarixi keçmişinin xatırladılmasına, eləcə də dini və mədəni şüurun gücləndirilməsində onların intellektual nailiyyətlərinə ehtiram göstərilməsinə kömək edir.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir