Most searched:

İmam Əli (ə) hərəmi

İmam Əli (ə) hərəmində xanımlar üçün Peyğəmbər qızının şəhadəti münasibətilə əzadarlıq mərasiminin keçirilməsi

İki dünyanın xanımının şəhadəti münasibətilə Həzrət Fatimə (s.ə) səhnində xanımlar üçün əzadarlıq məclisi təşkil olunub.

İmam Əli (ə) hərəminin Dini İşlər bölməsinin nəzdində fəaliyyət göstərən Xanımlar bölməsinin “Dini sualların cavablandırılması və ailə məsləhətləri” şöbəsi, Həzrət Fatimənin (s.ə) şəhadət ildönümü münasibətilə Həzrət Fatimə (s.ə) səhnində xüsusi olaraq xanımlar üçün əzadarlıq mərasimi keçirib. Mərasimdə İmam Əli (ə) hərəminin bir qrup zəvvarı və hərəmin xanım xidmətçiləri iştirak ediblər.

Məclis müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti, Həzrət Fatimənin (s.ə) ziyarətnaməsinin oxunması və matəm mərasimi ilə başlayıb. Mərasimdə o həzrətin İslam risalətinin qorunması yolundakı həyatı və fədakarlıqları xatırlanıb. Sonda zəvvarlara təbərrüklər paylanılıb.

Xanımlar bölməsinin “Dini sualların cavablandırılması və ailə məsləhətləri” şöbəsinin müdiri xanım Sündüs Rza bildirib: “Bu məclisin təşkili Əhli-beytin (ə) “Bizim məktəbimizi (əmr) diri saxlayın; bizim məktəbimizi diri saxlayana Allah rəhmət eləsin” buyruğuna əməl etmək çərçivəsindədir.”

O vurğulayıb ki, Həzrət Fatimənin (s.ə) şəhadət ildönümü o həzrətin həyat tərzini, mövqelərini xatırlamaq, eləcə də onun iman və tərbiyəvi təlimlərini yenidən oxumaq üçün bir fürsətdir.

Mərasim xanım zəvvarların geniş iştirakı və mərasimin müxtəlif bölmələrinə göstərdikləri böyük maraqla baş tutub. Mərasimdə həmçinin Həzrət Fatimənin (s.ə) məzlumluğu, onun haqqın müdafiəsindəki mövqeyi, İslam risalətinin prinsip və dəyərlərinin qorunması xüsusi vurğulanıb.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir