Most searched:

Həzrət Fatimənin (s.ə) şəhadət ildönümü

Həzrət Fatimənin (s.ə) şəhadət ildönümü ərəfəsində Nəcəf eyvanının bayrağının dəyişdirilməsi mərasimi

İmam Əli (ə) hərəmi, Həzrət Fatimə (s.ə)-nın şəhadət ildönümü münasibətilə Əmirəl-möminin (ə) hərəminin qızıl eyvanının bayrağını dəyişdirib.

İslamın böyük xanımı Həzrət Fatimə (s.ə)-nın şəhadət ildönümünün yaxınlaşması ilə eyni vaxtda, İmam Əli (ə) hərəminin qızıl eyvanının bayrağı İmam Əli (ə) hərəminin rəhbərliyinin səyi ilə dəyişdirildi.

Bayrağın dəyişdirilməsi mərasimi İmam Əli (ə) hərəminin sədr müavini “İhsan ət-Tai”-nin iştirakı, həmçinin idarə heyətinin üzvləri və hərəm xadimlərinin qatılımı ilə keçirildi.

Qeyd etmək lazımdır ki, birinci rəvayətə əsasən, Həzrət Fatimə (s.ə)-nın şəhadət ildönümü hicri qəməri tarixi ilə 11-ci ildə Rəbiül-sani ayının 8-nə təsadüf edir; bu rəvayətə görə, o, əziz atası İslam Peyğəmbərinin (s) vəfatından 40 gün sonra Mədinə şəhərində şəhid olmuşdur.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir